Manşet Xəbərlər — 30 June 2014

ABŞ prezidenti Ramazan ayının başlanmasından dolayı müsəlmanları təbrik edib. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar prezidenti Barak Obama Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik edib. Mesajında Amerika xalqı adından, xanımı Mişel Obama ilə birlikdə ABŞ-da məskunlaşan və ümumilikdə dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik edən Barak Obama İslam dini mənsublarına ən xoş diləklərini çatdırıb. Ramazan ayının oruc tutaraq və dua edərək, təfəkkür etmək üçün bir zaman olduğunu mesajında qeyd edən ABŞ prezidenti bu ayın həm də yardımlaşma ayı olduğunu qeyd edib. Prezident yalnız xeyriyyəçiliklə deyil, tələbələrin, müxtəlif sahələrdə işləyən müsəlmanların və gəlir bölgüsü ədalətsizliyini və yoxsulluğu azaltmaq üçün fəaliyyət göstərən ölkədəki müsəlman qeyri-hökumət təşkilatların işindən məmnunluğunu ifadə edib. Obama ABŞ-da yaşayan müsəlmanlarla “Ağ Ev”də iftar süfrəsi arxasında görüşməyi səbirsizliklə gözlədiyini də mesajında vurğulayıb. ABŞ prezidenti mesajını “Ramazan Kərim” təbriki ilə bitirib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.