Aktual Manşet Xəbərlər — 11 December 2014

Məşhur islam alimi Yusif əl-Qərdavinin oğlu, yazıçı-mütəfəkkir Əbdürrəhman əl-Qərdavi Misir rejiminin atasının saxlanılması haqda İNTERPOLL-a müraciət etməsinə münasibət bildirib.

“Problem budur ki, rejimə işləyən və onun marağı üçün islamı saxtalaşdıran dini təsisatlardan fərqli olaraq, atam hərbi xuntanın qarşısında təkbaşına dayanıb və təkbaşına onlara qalib gəlir. Hərbi xunta ona görə qəzəblənib ki, məhz Yusif əl-Qərdavi onların zülmünü, dinc insanları qətlə yetirməsini dünyaya car çəkir. Çünki o, müstəqil adamdır, kiminsə diktəsi ilə hərəkət etmir. Hərbi xuntanın bu eybəcər və bayağı hərəkətinə baxmayaraq, atamın Misir xalqı arasında nüfuzu yüksəkdir. Daima müsəlmanların problemləri ilə məşğul olmağı, ömrünün böyük hissəsini islam maarifçiliyi üçün səfərlərdə keçirməsi atama xəlqilik qazandırıb. O bu xəlqilik və şöhrəti başqa din adamlarında olduğu kimi süni şəkildə qazanmayıb, fəaliyyəti və ümmətə həsr edilmiş yaradıcılığı ilə qazanıb”.

Əbdürrəhman əl-Qərdavi onu da qeyd edib ki, bu gün atasının adını Misir rejiminə xoş getsin deyə Misirin elm və din qurumlarından çıxaran şeyxlər, o cümlədən Əzhər universitetinin şeyxi Əhməd ət-Təyyib və onun kimilər Yusif əl-Qərdavinin böyüklüyü və alimliyi haqda dünənə qədər ağız dolusu danışanlardır.

“Atamın adını müxtəlif dini təşkilatlardan çıxaran Şeyx Əhməd Təyyibə də buna görə təşəkkür edirəm. Bəli, onun şərəfli adının adlarınızla birlikdə çəkilməsini istəmirəm”.

“Yaşlılara, alimlərə heç hörmət etməyən bircə rejim varsa, o da Misir hərbi xuntasıdır!” – deyə oğul Qərdavi bildirib.

Atasının Misir inqilabına dəstək verdiyini, nümayişçiləri dinc aktlara çağırdığını, xalqın azadlığını hər şeydən üstün tutduğunu deyən Əbdürrəhman əl-Qərdavi onu da bildirib ki, əgər atası digər din adamları kimi polisləri nümayişçiləri öldürməyə çağırsaydı, adını İNTERPOLL-a deyil, şərəf lövhəsinə daxil edərdilər.

“İtlər hürüb “Terrorçu Qərdavi!” – deyəcək, atamın kitabları isə mötədilliyə çağıracaq, xalqların azadlığına dəstək verəcəkdir. Təəssüf edirəm ki, Misir tarixinin ən böyük terrorçusu bu torpaqların ən böyük yetirməsi Əzəmətli Alim Yusif əl-Qərdaviyə terrorçu deyir!” – oğul Qərdavi əlavə edib.

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.