Aktual Azərbaycan Manşet Xəbərlər — 03 September 2014

Dünən Oğuz rayonunun Mədəniyyət Mərkəzində “Tolerantlıq – əxlaqi davranış və mədəniyyət məsələsi kimi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Panoram.az-ın məlumatına görə, konfrans “Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin (EYSAİB) Azərbaycan Respublikasının prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə təqdim etdiyi layihə çərçivəsində baş tutub.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhərdə fəaliyyət göstərən müxtəlif dini icmaların üzvləri, eləcə də ziyalılar iştirak edib.

Konfransı giriş sözü ilə açan EYSAİB-in icraçı direktoru, tibb üzrə fəlsəfə doktoru Kamran Babayev Azərbaycanda vətəndaş-dövlət münasibətlərinin yeni mərhələyə keçdiyini vurğulayıb.

Daha sonra çıxış edən EYSAİB-in təsisçi həmsədri və tədris işləri üzrə sədr müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Qoşqar Səlimli dini zəmində müşahidə edilən problemlərin həllində tolerantlıq anlayışının vacib rol oynadığına diqqəti cəlb edib.

Digər məruzəçi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov mötədilliyin dini fanatizmlə mübarizə vasitəsi kimi əhəmiyyətindən danışıb, bu sahədə maarifləndirmə işinin aparılmasının əhəmiyyətini nəzərə çatdırıb.

EYSAİB-in İdarə Heyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Elmir Quliyev çıxışında vətəndaşların dini maariflənməsində ilahiyyatçıların, xüsusilə də məscid imamlarının, dini icmaların rəhbərlərinin üzərinə əhəmiyyətli iş düşdüyünü bildirib.

Sonda çıxış edən EYSAİB-in təsisçi sədri, ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov isə təkfir probleminə tonuxub. E.Mahmudov cəmiyyətdə təkfir probleminin təhlükələrini qeyd edərək, dini maarifləndirmə, dini icmaların yerlərdə aparacağı əməli işlə problemin həllində mühüm rol oynaya biləcəyini qeyd edib.

Konfrans tədbir iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyevə müraciətin oxunuşu ilə başa çatıb.

\azerimuslims\

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.