Manşet Xəbərlər — 24 September 2014

Vatikan məhkəməsi Roma Papalığının sabiq elçisi monsenyor Cozef Vesolovski cinsi zorakılıqdan təqsirli bilinərək, həbsinə hökm çıxarıb.

Vatikanın nüfuzuna ən çox xələl gətirən problemlərdən olan katolik din daximlərinin uşaqlara qarşı cinsi zorakılığa yol verməsi faktı ilə bağlı bir ilk yaşanıb.

2008-ci ildə Roma Papalığının elçisi kimi getdiyi Dominikan respublikasının paytaxtı Santa Dominqoda işlədiyi müddətdə törətdiyi əməllərdən dolayı adı pedofiliya qalmaqalında hallanan və hazırda İnanc Doktrinası Konqreqrasiyası tərəfindən birinci mərhələdə dini vəzifədən uzaqlaşdırılan 66 yaşlı Polşa əsilli Vesolovski artıq həbs edilib.

Sabiq din xadiminin səhhətindəki nasazlıqdan dolayı ev həbsində saxlanılacağı iddia edilib. Vesolovskinin həbs olunduğunu açıqlayan Vatikan sözçüsü rahib Federiko Lombardi Papa I Frensisin təlimatına əsasən bu cür həssas məsələdə bütün müvafiq addımların atıldığını deyib.

Cozef Vesolovskinin həbs olunması ilə pedofiliya faktlarının iştirakçılarının ədalət qarşısında cavab verməsi xüsusunda ləng davranmaqda ittiham olunan Vatikan ilk dəfə bir rəsmi katolik din xadimini cəzalandırıb.

/panoram.az/

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.