Yuxunun insan həyatında mühüm rolu vardır. Biz gün boyu qarşılaşdığımız  zehni və fiziki yorğunluğu  məhz yuxu vasitəsilə aradan qaldırırıq.  Başqa bir ifadə ilə desək, yuxu insanın yorğunluqdan xilas mənbəyidir.

Gündəlik çətin iş rejiminə baxmayaraq, bəzən insanda yuxu pozğunluğu və nizamsızlığı yaranır. Hətta bu hal insanın xarakterində bəzi mənfi dəyişikliklərə səbəb olur.  Sağlam və möhkəm yuxu üçün əsas üç şərt vardır ki, bunların yerinə yetirilməsi olduqca vacibdir. Bunlar  fizioloji, emosional və zehni rahatlıqdır.  Bu üç amilə xələl gəldiyi zaman yuxu pozğunluğu baş verir. Məsələn, burun boşluğu iltihabı, uzun-uzadı düşünmək və ailədaxili problemlər yuxu pozğunluğu və yuxusuzluğa zəmin yaradır.  Bu isə yuxu müddətinin uzanmasına və yuxunun daha da ağırlaşmasına səbəb olur.

Psixiatriya üzrə professor Əməl Məxzumi  rahat yuxu və sağlam həyat üçün bəzi tövsiyələrdən danışır. Həmin tövsiyələrə daxildir:

– Bioloji saatınızı tənzimləməyə çalışın.

– Zəruri halda belə gündüz vaxtı yatmayın.  Və ya buna zəmin yaradan hallar və yerlərdən  uzaq olun. Bir neçə gün belə davam etdikdən sonra gündüzləri deyil, gecələri yatmağa üstünlük verəcəksiniz. 

– Yataq otağının sakitliyini təmin edin, oranı təmiz saxlayın. Qısa müddətli işıqlandırma da pis olmazdı. 

– Yuxuna “haram qatacaq” şeylərdən uzaq olun. Ev və mobil telefonunu söndürmək məsləhətdir.

– Qəhvə və çay kimi stimullaşdırıcı içkilər içməyin.

– Həssaslıq  yaradan şeylərdən uzaq olsun.

– Yatmaq saatınızı müəyyənləşdirin və buna mütəmadi əməl edin.

– Yatmazdan əvvəl isti süd içmək faydalı olardı.

 – Yatmazdan əvvəl yeməyin.

– Yatmazdan qabaq isti duş qəbul etmək, yaxud da ayaqları 15 dəqiqə duzlu suda saxlamaq rahatlıq gətirir.

– Yatdığınız zaman pambıq bezlə gözlərinizi bağlayın. Sintetik bezlərdən istifadə məsləhət görülmür. Bu, gözlərə ziyan verə bilər.

 – Yatağınız münasib, yastıq da rahat olmalıdır.

– Başınızı yastığa qoyduğunuzda özünü tam boşaldıb rahatlanın.

– Bir-iki gün yata bilməməyinizə siz narahat etməsin. Çünki bioloji saatınızı tənzimləmək bir müddət vaxt aparacaq. Axı, bu tənzimləmə zamanı beyin ona uyğunlaşmalıdır

– Gündüz qarşılaşdığınız bütün problemləri bir kənara qoyub sakitləşin, bu haqda düşünməyin.

– Yatma zamanı növbəti günün işləri və planları haqda düşünməyin.

– Gündüz ünsiyyət qurduğunuz insanların sözləri və davranışları haqda fikirləşməyin.

– Faydalı və müsbət şeylər haqda düşünün.

– İdmanla müntəzəm məşğul olun.

– Yatmazdan əvvəl Qurani-Kərimdən ayələr və kiçik surələr oxuyun. Bu, sizə mənəvi rahatlıq verəcək və sakit yatmağınıza kömək edəcəkdir.

/onislam/

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.