Xəbərlər — 14 August 2014

Fələstinli Ömər Əbu Nəmir və Hiba Fəyyad BMT nəzdikdəki məktəbdə evləniblər. “Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fələstinin Qəzza zolağının qərbindəki Şati qaçqın düşərgəsində BMT-yə məxsus məktəbə sığınan Ömər Əbu Nəmir ilə Beyt Ləhyə qəsəbəsindəki məktəblərdən birinə sığınan nişanlısı Hiba Fəyyad UNRWA-nın sponsorluğu ilə təşkil edilən mərasimlə ailə qurublar. Qurumun Qəzza üzrə mətbuat katibi Adnan Əbu Hasənənin də iştirak etdiyi toy mərasimində fələstinli qadınlar bəy və gəlinin üzərinə güllər atıblar. Gəlinin atası Riyad Fəyyad toyun qabaqcadan sentyabr ayında keçirilməsinin planlaşdırıldığını, ancaq məlum hərbi təcavüzdən dolayı evlərinin dağıldığını deyib. Fəyyad həyat axışını pozmaq istəyən İsrailə meydan oxuma olaraq, toyun məhz işğalçı rejimin təcavüzünün davam etdiyi bir vaxtda keçirmək qərarına gəldiklərini bildirib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.