Xəbərlər — 25 August 2014

İsrail aqressiyasında ağır yaralanan qəzzalı azyaşlı Əmir Raqibin müalicə olunması üçün ölkə xaricinə göndərilməsi məqsədilə pasport şəkli çəkilib. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, 6 yaşlı Raqibin pasportu üçün başqa şəkli olmadığı üçün ağır yaralı olduğu halda çəkilib. Fələstinin Qəzza zolağındakı “Şəfa” xəstəxanasının həkimlərindən biri açıqlamasında Əmir Raqibin xarici ölkələrdən birində müalicəsi üçün pasportun BMT nəzdində dövlət statusu verilən və paytaxtı Rəmallah olan Fələstin adminisrtasiyası tərəfindən verildiyini deyib. Açıqlamada Raqibin pasportu hazırlandıqdan sonra onun Türkiyəyə və ya digər əcnəbi ölkəyə göndərilməsinin nəzərdə tutulduğu bildirilib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.