Manşet Xəbərlər — 01 October 2014

İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşən BMT-nin Baş katibi Ban Ki-Mun Qəzzaya qarşı tətbiq olunan embarqo və mühasirənin aradan qaldırılmasını istəyib.

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, görüşlə bağlı BMT Baş katibliyinin açıqlamasında tərəflərin Qəzza zolağındakı son vəziyyəti müzakirə etdiyi bildirilib.

Görüşdə BMT-nin Baş katibi Ban Ki-Mun bölgədə status-kvoya qayıtmanın seçim olmadığını qeyd edərək, problemin kökündən həlli üçün Qəzzanın mühasirəsinin və İsrailin “qanuni təhlükəsizlik narahatlığı”nın aradan qaldırılmasının vacibliyini qeyd edib.

Zolağa tikinti-inşaat mallarının daxil olması üçün İsrail, Fələstin və BMT arasında əldə olunan razılaşmanın dərhal tətbiq ediləcəyinə ümidvar olduğunu deyən Baş katib İsrailin yeni yaşayış məskənlərinin inşasına davam etməsindən dolayı narahatlığını Netanyahunun nəzərinə çatdırıb.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.