Fiqh Sual cavab — 26 May 2014

 

 

Əlhəmdulilləh! Bir insanın namaz qılması onun möminliyinin göstəricisidir. Və Allahın Quranda buyurduğu kimi: “Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər” (əl-Məaric 32). Bir namazla digəri arasındakı vaxtlarda (yəni ümumiyyətlə həyatda) namaz qılana (möminə) yaraşan şəkildə yaşaması gərəkdir. Sözsüz ki, bir kimsənin Allahın hökmlərinin bir qismini alıb bir qismini inkar etməsi ona yaraşmaz. Sizin toxunduğunuz məsələyə gəldikdə qadın ancaq öz halalı (əri) qarşısında bəzənə bilər. Hətta, ərinə cazibəli görünməsi, onun xoşuna gəlməsi üçün bəzənməsi qadının borcudur və ərinin onun üzərindəki haqlarındandır. Məhrəm olmayanların nəzərindən isə bəzi bəzək əşyalarını gizlətmək fərzdir (vacibdir). Bunlar əsasən bədən üzvləridir. Bəzək əşyalarına gəldikdə isə bəzi müfəssirlər: “Mö’min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini göstərməsinlər.” (Nur 31) ayəsində keçən “zinət” sözündən məqsədin həm bədən üzvləri, həm də bəzək əşyalarının olduğunu söyləmişlər.
Konkret laka gəldikdə bundan qəti şəkildə çəkinmək lazımdır. Çünki lak suyun bədənə (dırnağa) dəyməsinə əngəl olur. Buna görə hər dəfə dəstəmaz və qüsul alanda onu silmək gərəkir. Əks halda dəstəmaz və qüsul səhih olmur (yerinə yetirilmiş sayılmır). Bu səbəblərdən dolayı lak sürtmək uyğun deyil. Əgər hər dəfə silinməzsə (bu isə çox məşəqqətli bir işdir) və bu səbəbdən dəstəmaz, qüsul yerinə yetirilməyəcəksə, nəticə etibari ilə də namaz kimi ibadət tərk ediləcəksə bu halda lak sütrmək haram olur. Namaz qılmamaq haram olduğu kimi onun qılınmamasına səbəb olan lak da haram olur. Əlavə məlumat üçün 37 nömrəli sualın cavabına baxın.

 

Share

About Author

Azerimuslims

(0) Readers Comments

Comments are closed.