Xəbərlər — 07 August 2014

Şirkət israilli qadın əsgərlərə kosmetika səbəti hədiyyə edib. “Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyaca məşhur “Qarnier” kosmetika firması fələstinlilərə qarşı hərbi əməliyyatlarda iştirak edən hər israilli qadın əsgərə apardıqları mübarizədən dolayı kosmetika səbəti hədiyyə edib. Kosmetika vasitələri ilə fotoşəkil çəkdirən qadın əsgərlərin şəkilləri “Feysbuk” sosial şəbəkəsində yerləşdirməsindən sonra mövzu ətrafında qızğın müzakirələr başlayıb. Kosmetika səbətini israilli əsgərlərə hədiyyə edən firmanın mesajında ölkələri üçün mübarizə aparan sevimli qadın döyüşçülərə səbət hədiyyə etməkdən qürur duyulduğu bildirilib. Sosial şəbəkədə sözügedən məsələyə münasibət bildirən bir çox müsəlman isə insanları “Qarnier” firmasının mallarının boykot edilməsinə çağırıblar.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.