Manşet Türkiyə Xəbərlər — 30 November 2015

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bu haqda məlumat verib.

Belə ki, Alexs Remi adlı 27 yaşlı Haiti vətəndaşı katolik olduğu bir vaxtda gözəl bir rahib olmaq istəyi ilə yaşadığını deyib. Ancaq təhsil aldığı məktəbdə özü kimi sonradan müsəlman olan müəlliminin sayəsində İslamı seçir.

Türkiyə Diyanət Vəqfinin vasitəsi ilə Türkiyəyə təhsil almağa gələn Alex hal-hazırda Ankara Universitetinin İlahiyyat Fakultəsində təhsil alır. İslamı seçdikdən sonra bir çox çətinliklərlə qarşılaşdığını deyən gənc, haqq dindən imtina etməyəcəyini, daha əvvəl heç bir yerdə qarşılaşmadığı gözəllikləri İslamda tapdığını deyib. “13 yaşımda atamı itirdim. Anam isə katolik ənənlərinə bağlı bir qadın idi. Müsəlman olduğumu biləndə çox əsəbləşdi. Bir çox problemlərlə qarşılaşdım, ancaq İslamdan əl çəkmədim. Ailəm də artıq İslama qarşı yumuşalıb. İndi mənə İslamla bağlı suallar verir, əvvəlki kimi  əsəbləşmirlər. Kiçik qardaşım da yaxında müsəlman ola bilər. İnsanlar Türkiyədə çox böyük nemətə sahibdirlər ancaq bunun fərqində deyillər,”-deyə Alex müsahibəsində danışıb.

 

 

Share

About Author

dlvmmazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.