İslami Məqalələr — 28 June 2014

Allaha həmd olsun ki, bizə mərhəmət edərək, günahlarımızdan təmizlənmək üçün Ramazan ayı kimi fürsət yaradıb. Həqiqətən, bu ay aylar arasında çox böyük və əhəmiyyətli yer tutur. Allah təala belə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) müttəqilərdən olasınız!” (əl-Bəqərə, 183).

Müsəlmanlardan çox az qismi bu ayın əzəmətini dərk edir.
Allaha şükürlər olsun ki, Ramazanın əhəmiyyətini dərindən dərk etməsək də, o, gələn kimi hamı bu ayın gəlişini hiss edir və oruc tutmaq istəyənlərdə bir çox sual yaranır. Çoxları Ramazan və bu ayda oruc tutmaq haqda ətraflı məlumatları bilmirlər. Buna görə də sizlərə Ramazan ayı haqqında əsas məlumatları qısa şəkildə də olsa çatdırmaq istəyirik:
Ümumiyyətlə, hamı Ramazan ayında oruc tutmaq deyildikdə yeməmək, içməmək və cinsi əlaqədə olmamaq kimi xüsusların nəzərdə tutulduğunu bilir. Bu, oruc tutmağın əsas şərtlərindəndir. Əlbəttə, bunları etməklə orucun qəbul olunub-olunmamasına zəmanət yoxdur.
Orucun əsas şərtlərinə daxildir:
1. Oruc tutan şəxs müsəlman olmalıdır.
2. Ağlı kamil olan şəxs oruc tutmalıdır. Ruhi xəstə və dəlilərə oruc vacib deyildir.
3. Oruc tutacaq şəxs yetkinlik yaşına çatmalıdır. Oruc azyaşlı uşaqlara vacib olmasa da onlara oruc öyrədilməlidir.
4. Heyz və nifasdan sonra gələn qan bitməlidir. Qadınlar xəstə olduqları zaman oruc tutmaya bilərlər.
5. Hər gecə sabahısı gün olan oruc üçün niyyət edilməlidir. Niyyət ürəkdə edilməlidir.
Orucun ədəbləri və bəyənilən cəhətləri (sünnətləri):
1. Sahuru (obaşdanı) bacardıqca sübh namazı girənə qədər gecikdirmək.
2 . Günəş batan andan iftar açmağa tələsmək və gecikdirməmək.
3. Xeyirxah əməlləri və ibadətləri (nafilə namazlar, sədəqə, Qur`an oxumaq, dua və s.) çoxaltmaq.
4. Pis, ədəbsiz davranış və kobud rəftarla üzləşdikdə eynilə cavab verməmək.
5. İftar açarkən istədiyi və ürəyindən keçən hər şey üçün dua etmək.
6. Xurma ilə, əgər olmazsa, su ilə oruc açmaq.
Kimlər oruc tutmaya bilərlər:
1. Xəstələr: əgər xəstəliyi ağırdırsa və oruc ona pis təsir edərsə, həmin şəxs oruc tutmaya bilər. Ancaq sağaldıqdan sınra tutmadığı orucları qəza etməlidir (Xəstəliyinə rəğmən oruc tutmuşlarsa, eyb etməz).
2. Müsafirlər: səfərdə olan şəxslər üçün oruc tutmaq ağır olarsa və çətinliklər törədərsə, həmin şəxslər oruc tutmaya bilərlər, ancaq sonra oruclarını qəza etməlidirlər. Əgər tutarlarsa eyb etməz.
3. Qadınlar heyz və nifas halından sonra qan axma müddətində oruc tutmamalıdırlar. Ancaq sonra qəza etməlidirlər. Əgər bu müddət ərzində oruc tutarlarsa, orucları batildir.
4. Hamilə və körpə əmizdirən qadınlar körpəyə ziyan olacağından qorxub və yaxud mənfi təsirlər baş verdiyini görərlərsə, oruc tutmaya bilərlər. Oruc tutmadıqları hər gün üçün fidyə (bir yoxsulu yedirmək) verməli və sonra həmin günü qəza etməlidirlər (Digər görüşə görə qəza etməyə də bilərlər).
5. Ağır və sağalmaz xəstəliyi olanlar və yaxud çox ixtiyar qocalar oruc tutmağa gücləri yoxdursa, hər gün üçün fidyə verməlidirlər və tutmadıqları gün üçün qəza etmələri gərəkməz.
Ramazan ayının digər aylardan üstünlüyü (fəzilətləri):
1. Oruc tutan şəxsin ağzından gələn qoxu Allah qatında miskdən də (ən gözəl ətrdən) gözəldir.
2. Mələklər oruc tutanlar üçün iftar vaxtına qədər istiğfar (bağışlanma) diləyərlər.
3. Bu ayda ən pis və murdar şeytanlar qandallanarlar.
4. Cənnətin qapıları açılar, Cəhənnəmin qapıları isə bağlanar.
5. Bu ayda Qədir gecəsi var bu gecə 1000 aydan daha xeyirlidir. Bu gecənin xeyrindən məhrum olan şəxs əvəz olunmaz bir xeyrdən məhrumdur.
6 . Ramazan ayının son gecəsi bütün oruc tutanlar bağışlanar.
Ramazan ayında vacib və bəyənilən ibadətlər:
1. Oruc tutmaq: bu, Ramazan ayında görülən ibadətlərin özəyidir. Bunun savabı isə Allah qatında o qədər yüksəkdir ki, Allah onun savabını nə Qur`anda bildirib, nə də rəsuluna (s) xəbər verib. Əlbəttə, yalnız yemək içməkdən imtina edərək, öz şəhvətindən və istəklərindən çəkinə bilməyən şəxsin orucu Allah qatında məqbul deyildir.
2. Gecə namazı və təhəccüd: Peyğəmbər (s) buyurub: “Kim Ramazan ayı boyunca imanla və savabını Allahdan umaraq, gecələri namaza qalxarsa, keçmiş günahları bağışlanar” (Buxari və Müslim). Buna görə müsəlman qardaşlara təravih namazlarını imkan daxilində imamla sona qədər qılmaları məsləhət görülür. Peyğəmbərimizin (s) başqa bir hədisində deyilir: “Kim imamı ilə (imam namazı qılıb bitirincə) namaza davam edərsə, ona sanki bütün gecəni qalxmış kimi savab yazılar”.
3. Sədəqə vermək: Peyğəmbər (s) buyurub: “Sədəqənin ən əfzəli Ramazandadır”. Sədəqə vermək dedikdə isə bunun bir neçə forması nəzərdə tutulur:
a) Yoxsulları və imkansızları yedirmək: “Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq! Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir). Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır” (əl-İnsan, 8-12).
b) Oruc tutanlara iftar vermək: Peyğəmbər (s) deyib: “Kim oruc tutana iftar verərsə, həmin şəxsə oruc tutanın savabı qədər əcr yazılar. Üstəlik bundan dolayı oruc tutanın savabından heç nə əskilməz”.
v) Bundan başqa yoxsullara, imkansızlara, yetimlərə və bütün ehtiyacı olanlara ehtiyaclarını ödəməkdə müxtəlif yöndən kömək etmək olar.
4. Qur`an oxumaq: Ramazan ayında müsəlman çalışıb daha çox Qu`ran oxumalı və bunu hər gün etməlidir. Səhabələr Qur`an oxuyarkən Allahın sözlərindən təsirlənərdilər. ən-Nəcm surəsindən 59 və 60-cı ayələri “İndi siz bu kəlama (Qur’ana) təəccübmü edirsiniz? Həm də gülürsünüz, heç ağlamırsınız!” nazil olanda səhabələrin hamısı ağlamışdılar.
5. Sübh namazından sonra günəş çıxana qədər ya evdə ya da məsciddə oturmaq, zikr etmək və günəş çıxandan sonra işraq namazı qılmaq: Peyğəmbərimizdən (s) rəvayət olunub ki, o, sübh namazını qılandan sonra namaz qıldığı yerdə günəş çıxana qədər oturardı.
6. Etikafa (məsciddə qalmaq) çəkilmək: Peyğəmbərimizdən (s) rəvayət olunur ki, o, Ramazanda 10 gün etikafa çəkilərdi. Vəfatı edəcəy il Ramazanda 20 gün etikafa çəkildi”.
7. Ümrə (Kəbəni ziyarət) etmək: Peyğəmbər (s) buyurub: “Ramazanda ümrə etmək Həcc etmək kimi sayılır”.
8. Qədr gecəsini gözləmək, oyaq qalmaq və ibadətlə keçirmək: “Qədir gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!” (əl-Qədr, 3). Bu xeyirli gecəni isə əldən vermək böyük səhv olardı. Həmçinin, Peyğəmbərimiz (s) buyurub: “Kim qədir gecəsində (namaza və ibadətə) qalxarsa (namazla keçirərsə), onun keçmiş günahları bağışlanar”. Bu gecənin əhəmiyyəti o qədər böyükdür ki, evdəkiləri də bu gecənin bərəkətindən istifadə üçün sövq etmək lazımdır.
9. Allahı daha çox (anmaq) zikr etmək, Ona həmd və təsbih etmək, Ondan əfv diləmək: bütün Ramazan boyu, səhər, gündüz və axşam bunları artırmaq lazımdır. Bundan başqa Allaha daha çox dua etmək gərəkdir.
Çünki oruc tutanın iftar zamanı etdiyi dua geri qayıtmaz.
Çünki gecənin son 3/1-də rəbbimiz səmaya dualarımızı qəbul etmək üçün enər.
Çünki sübh çağında əfv diləmək xüsusi olaraq Qur`anda qeyd olunub: “Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər” (əz-Zariyat, 18).
Çünki cümə günü dua qəbul olunan bir saat var.
Göründüyü kimi, Ramazanda bizlər üçün bu qədər fürsət var və biz bunlardan istifadə etməklə Allaha daha yaxın ola bilərik.
Əlbəttə, bütün yuxarıda sadalananlardan başqa bir çox ibadət növü də mövcuddur və əlbəttə ki, bütün yuxarıda sadalananları etmək vacib deyildir. Ancaq onların çoxunu yerinə yerirməyə can atmalıyıq.
Ramazan ayında bəyənilməyən əməllər:
1. Gecəni gündüz və gündüzü gecə edərək, yuxu rejimini pozmaq.
2. Fərz namazlarına tənbəllik etmək və gecikdirmək.
3. Yemək-içməyi çoxaltmaq.
4. Maşın sürərkən əsəbləşmək və nalayiq sözlər işlətmək.
5. Vaxtı hədər etmək və dəyərsiz işlərlə məşğul olmaq.
6. Sahur vaxtına qalxmamaq və sabah namazını fövtə vermək.
7. İftar vaxtına az qalmış yüksək sürətlə maşın sürmək.
8. Təravih namazlarında, ümumiyyətlə, iştirak etməmək.
9. Küçələrdə yığışmaq və insanları incitmək.
10. Gün ərzində boş söhbət və qeybət etmək.
11. Bütün günü fasiləsiz televizora baxmaq, musiqi dinləmək və oyun oynamaq.
12. Qadının bütün günü mətbəxdə olması.
Allah oruclarınızı qəbul etsin!

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.


Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(http://urls.api.twitter.com/1/urls/count.json?url=http%3A%2F%2Fazerimuslims.com%2Fqurana-gor%25c9%2599-ail%25c9%2599nin-m%25c9%2599qs%25c9%2599dl%25c9%2599ri%2F): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(http://urls.api.twitter.com/1/urls/count.json?url=http%3A%2F%2Fazerimuslims.com%2Faz%25c9%2599rbaycan-ordusunun-%25c9%2599sg%25c9%2599ri-s%25c9%2599hid-olub%2F): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(http://urls.api.twitter.com/1/urls/count.json?url=http%3A%2F%2Fazerimuslims.com%2Faz%25c9%2599rbaycan-silahli-quvv%25c9%2599l%25c9%2599ri-dusm%25c9%2599n%25c9%2599-85-at%25c9%2599s-z%25c9%2599rb%25c9%2599si-endirib%2F): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(http://urls.api.twitter.com/1/urls/count.json?url=http%3A%2F%2Fazerimuslims.com%2Fkaliforniya-mus%25c9%2599lmanlarindan-v%25c9%2599hd%25c9%2599t-mesaji%2F): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(http://urls.api.twitter.com/1/urls/count.json?url=http%3A%2F%2Fazerimuslims.com%2Fhizbullah-h%25c9%2599l%25c9%2599bd%25c9%2599-itki-verm%25c9%2599kd%25c9%2599-davam-edir%2F): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(http://urls.api.twitter.com/1/urls/count.json?url=http%3A%2F%2Fazerimuslims.com%2Firan-v%25c9%2599-rusiya-m%25c9%2599d%25c9%2599niyy%25c9%2599t-sah%25c9%2599sind%25c9%2599-%25c9%2599m%25c9%2599kdasliq-sazisi-imzalayacaq%2F): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179

Warning: file_get_contents(http://urls.api.twitter.com/1/urls/count.json?url=http%3A%2F%2Fazerimuslims.com%2Faz%25c9%2599rbaycan-silahli-quvv%25c9%2599l%25c9%2599ri-dusm%25c9%2599n%25c9%2599-101-at%25c9%2599s-z%25c9%2599rb%25c9%2599si-endirib%2F): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home1/matrikos/public_html/wp-content/plugins/most-shared-posts/msp-fetch.php on line 179