Ramazandan sonra nə etməliyik?  Bu sualı dəvətçilər mübarək Ramazan ayı çıxdıqdan sonra tez-tez təkrar edərlər. Belə ki, bir çox müsəlmanlar Ramazan ayında oruc tutmaq, gecə namazı qılmaq, zikr etmək, Quran oxumaq kimi ibadət növlərinə əməl etdikləri halda, Ramazandan sonra dəyişir, hətta bu əməlləri belə tərk edirlər. Qəflət, vaxtı boş-boş şeylərə sərf etmə kimi vərdişlərə qayıdırlar.Bəzən,  bu hala Ramazan ayının  çıxdığı ilk gündə belə rast gəlinir.

Məscidlərin Ramazanda Quran oxuyan, namaz qılan, zikr və dua edənlərlə dolu olduğu halda  görürsən ki, Ramazan çıxan kimi məscidlər boşalır və orada çox az adam tapılır. Bu prоblеmi həll etmək , bu boşluğu dоldurmaq və bаşlıcа səbəbi tapmaq üçün insаnlаr  özlərinə nəzər yetirməlidirlər.
Səbəbləri araşdırsaq аydın оlur кi, bir çox müsəlmanın nəzərində Ramazan  ibadət аyı çərçivəsindən adət-ənənə çərçivəsinə keçib. İnsanların çoxu Ramazana cəmiyyətdəкi аbı-hаvаyа müхаlif оlаrаq müəyyən rituаllаrın icrаsı nəzərilə baxırlar. Bu səbəbdəndir кi, bəziləri Ramazanda oruc tutduğu hаldа namaz qılmırlаr. Bəlkə də fərz namazlаrınа əməl еtməyənlər  təravih namazlаrını qılmаqdа isrаrlı оlurlаr. Və beləcə….
Bu növ insanların Ramazanda еtdiкləri ibadətlərinin adət-ənənə хаrакtеri dаşımаsınа  dəlil оlаrаq оnlаrın bu аy ərzində hеç  dəyişilməməsi və Ramazandаn sonra özlərinin əvvəlкi  səviyyələrinə  qayıtmalarıdır.
Digər bir səbəb isə  müsəlman olan  şəxsin Ramazan ayında şeytanların qandallanmasından , özlərinin  Allaha yönəlmələrindən, cənnət qapılarının açılması və cəhənnəm qapılarının bağlanmasından dolayı ortaya çıxan “ilahi” atmosferdə olmasıdır. Təbii ki, bütün yuxarıda sadalananlar  hər bir müsəlmana Allaha yaxınlaşmağa, pislik və günahlardan çəkinməyə kömək edir. Ramazan bitdikdən sonra bu sadalananlara əməl edilməməsindən  müsəlman yenə də günaha qayıdır.
Fəallıq və canfəşanlıqdan sonra zəifləmiş nəfslərə yorğunluq və usanmaq hisslərini sızdıran səbəblərdən biri də müsəlmanın davamlı olaraq məscidə təravih namazına gələnləri izləməsi və  ramazanin sonlarında onların sayının əvvəlki günlərə nisbətən azaldığını sezməsidir. Bildiyimiz kimi, ibadət nəfs üzərində böyük təsirə malikdir. İbadət  nəfsə rahatlıq və sakitlik kimi hisslər yaşatsa da nəfsi daima nəzarətdə saxlamaq lazımdır. Çünki, nəfs rahatlıq və dünya ləzzətlərinə düşkündür.
Bu acı  reallığı “müalicə” etmək üçün  müsəlmana Rəbbinə etdiyi ibadətin mahiyyəti izah olunmalıdır. Anladılmalıdır ki, bu ibadətlər daimidir, heç bir zaman və məkanla məhdudlaşmır. Möminin əməli əcəli gələnə qədərdir. Həsən əl-Bəsri deyib: “Allah möminin əməlinə ölümdən başqa heç bir şeylə hədd qoymayıb.” Sonra isə “Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!” (əl-Hicr 99) ayəsini oxumuşdur.
Həmçinin,  müsəlman olan kəsə  aşılanmalıdır ki, Ramazan  Allahın bir töhfəsidir ki, insanlar bu ay vasitəsi ilə Allaha daha çox yaxınlaşmaq, xeyir iş və əməllər görmədə daha çox yarışma imkanı əldə edirlər. Əgər müsəlman şəxs bunu anlayarsa,  onda o, bütün həyatı boyu Rəbbinə ibadət edər və onu bu ibadətlərdən Ramazanın nə gəlişi, nə də çıxması ayırar.  
Usanmaq və yorğunluq kimi hisslərə gəldikdə isə, müsəlman bilməlidir ki, əksər hallarda ibadət nəfsin sevmədiyi şeyləri istəyir və nəfs əhlilləşənə  və Allah yoluna qayıdanadək bir qədər çətinliyə qatlanma tələb edir. Allah buyurur: “Bizim uğrumuzda cəhd göstərərsə onu öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!”(əl-Ənkəbut 69) Rəsulullahdan rəvayət olunan səhih bir hədisdə isə deyilir: “Cənnət nəfsin xoşlamadığı, Cəhənnəm isə nəfsin xoşuna gəldiyi  şeylərlə örtülüb” (Müslim)
Fəallıq və səylə çalışmadan sonra müsəlmanın yorulması, zəifləməsi təbii haldır ki, bu işçilərdə görülən bir vəziyyətdir. Amma çalışmaq lazımdır ki, bu hal fərzləri, vacibləri buraxmaq, haram və çəkindirilmiş əməlləri etmək səviyyəsinə enməsin. İbn Qayyim deyib: “Abidlər və haqq yolu ilə gedənlər üçün müəyyən bir zamanı ibadətlə keçirmək bir gerçəklikdir. Kim bu gerçəklikdən Allaha yaxınlaşmaq və boşluqları doldurmaq üçün (enerji toplamaq) sərf edərsə, fərz ibadətlərdən uzaqlaşmazsa, haramlara girməzsə ümid olunur ki, olduğu vəziyyətdən daha xeyirli hala qayıtsın”.
Hz. Əli deyib: “Nəfs (ibadətdə) həm irəliləyər, həm də və geriləyər. Əgər irəliləyirsə, ibadət et, yox, əgər geriləyirsə, fərz və vaciblərdə dayan”.  Müsəlman özündə bir usanc, bir yorğunluq hiss edərsə, bundan dolayı ibadəti bütünlükdə tərk etməməlidir. Lakin, eyni zamanda nəfsini hikmətlə və ya ona müvafiq bir şeylə müalicə etməlidir. Həmçinin, dincəlməyə və ya əylənməyə də imkan tapmalıdır. Və eyni zamanda da bu cür əyləncələr ona ibadət və saleh əməl görməkdə maneçilik törətməməlidir. Yəni, tarazılığı saxlamaq lazımdır.
Kiminsə Ramazandan  lazımınca yararlanması onun Ramazan sonrası halının Ramazan öncəsi halından daha xeyirli olması deməkdir. Çünki əməlin qəbul olunmasının əlaməti həmin yaxşı əməldən sonra daha yaxşı əməlin  gəlməsidir. Və həmçinin qəbul olunmamasının əlaməti də həmən yaxşı əməldən sonra yenidən günahlara dönmədir.
Ona görə əziz müsəlmanlar, Ramazanda etdiyiniz ibadətləri davam etdirin. Həqiqətən də Allaha ən sevimli olan əməl az da olsa davamlı olanıdır. Hz. Aişədən (r) Rəsulullahın əməli haqqında soruşulduqda deyib “Əməli davamlı idi” (Buxari). Obrazlı desək,  davamlı olaraq yağan yağış kimi idi.
Ramazan ayı yola salınsa belə, nə qədər ki, nəfsi hələ  bu ibadətlərin feyzi ilə yaşayır mömin gərək ibadətləri yola salmasın. Amma o kəslər ki, məscidləri bayram namazından sonra tərk edirlər, həqiqətən  onlar bədbəxtdirlər. Allahı yalnız  Ramazanda tanıyarlar. Allah buyurur: “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (əl-Ənam 162) . İnsan hər bir həyat tərzində, hər bir şəraitdə, hər bir zaman gərək özünü  bütünlükdə Allaha həsr etsin.
Ey oruc tutan müsəlman! Ramazanda etdiyin əməlləri ilin digər günlərində də et. Həmişə ibadətdə ol. Lap az da olsa davamlı saleh işlər et. Və Allahdan ölənə kimi sabitqədəm  olmanı istə.

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.