Manşet Xəbərlər — 30 August 2014

İran Ali Məhkəmə hakimiyətinin rəhbəri ayətullah Laricani prezident Ruhaniyə xəbərdarlıq edib.

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İranın Ali Məhkəmə hakimiyyətinin rəhbəri ayətullah Amuli Laricani laiq ideologiyaya sahib şəxslərin ölkənin idarə edilməsində mühüm vəzifələrə təyin olunmamasının vacibliyini bildirib.

Hökumət rəsmilərindən konstitusiyanı və rejimin ana xəttini qəbul etməyən şəxslərin yüksək vəzifələrə gətirilməməsini tələb edən Laricani xəbərdarlığı İran konstitusiyasının II maddəsinə əsasən etdiyini vuğulayıb.

Konstitusiyanın İran İslam Respublikasını “yeganə yaradıcıya imanı və onun əmrləri qarşısında təslimçiliyi əsas götürən ölkə” kimi xarakterizə edən Laricani bu ifadənin laiqliyin İranda qəbul edilmədiyi mənasına gəldiyini qeyd edib.

Ali Məhkəmə hakimiyyəti rəhbərinin açıqlması parlamentdəki ultrasağ qanadın prezident Həsən Ruhaniyə yönəltdiyi kabinetində laiqliyi mənimsəyən və ölkənin dini dövlət olduğunu mənimsəməyən şəxslərə yer verdiyinə dair tənqidini yenidən gündəmə gətirib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.