Xəbərlər — 15 August 2014

Hindistanın tanınmış bəstəkarı Yuvan Şankar Raca İslamı qəbul etməsindən bir ay sonra yeni dini qəbul etməsinin səbəbləri barədə açıqlama verib. “Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, gənc bəstəkar Yaradanın buddist hindlilərin inandıqları kimi hər hansı qəlibə salınmasının qeyri-mümkünlüyü düşüncəsindən yola çıxaraq, planetdə ən sürətlə yayılan dinin mənsubuna çevrildiyini ifadə edib. “Atam elə mühafizəkar hindlidir ki, stəkan qırılsa belə panditi çağırır. Ancaq mən hələ uşaq ikən Allahın heç bir qəlibə sığdırılmasının qeyri-mümkünlüyü haqda düşünürdüm. Anam vəfat etdikdə isə onun ruhunun haraya gedəcəyi barədə öz-özümə sual verirdim”, – deyə Raca bildirib. Dostunun Məkkədən qayıtdıqda ona səccadə hədiyyə etdiyi vaxt hələ müsəlman olmadığını deyən bəstəkar 2014-cü ilin yanvarında İslamı qəbul etmək xüsusunda qəti qərara gəldiyini ifadə edib: “Dostum səccadəni verərkən özümü pis hiss edəcəyim təqdirdə sadəcə onun üzərində oturmağımı tövsiyə etmişdi. Bir neçə ay sonra mən bu kiçik xalçanı açdım və: “Allahım, günahlarımı bağışla!” – deyərək, ağlamağa başladım”. Raca artıq 8 aydır ki, gündəlik namazlarını vaxtında qıldığını deyib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.