Manşet Xəbərlər — 12 November 2014

Əlyazması Quran Almaniyada tapılıb.

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən xəbər verir ki, Almaniyanın Tübingen Universitetinin kitabxanasında Məhəmməd peyğəmbərin səhabələrinin yazıya köçürdüyü əlyazması Qurani-Kərim aşkar edilib.

Universitetin mətbu orqanında yer alan xəbərdə aparılan təhlillər nəticəsində daha əvvəl VIII-IX əsrə aid olduğu güman edilən nüsxənin daha qədim olduğunun müəyyənləşdirildiyi bildirilib. Belə ki, aparılan radiokarbon təhlillər nəticəsində əlyazmasının 95,4% ehtimalla 649-675-ci illər arasında qələmə alındığı öyrənilib.

Əlyazması Qurani-Kərimin ərəb dilinin ən qədim xətt növlərindən olan kufi xətti ilə yazıya köçürüldüyünü deyən kitabxana əməkdaşı əllərindəki qiymətli əsərin universitetin kitabxanasındakı ən qədim əlyazması olduğunu qeyd edib.

Məlumat üçün deyək ki, əlyazması Tübingine 1864-cü ildə alman diplomatı İohan Qotfrid Vetsşteyn tərəfindən gətirilib.

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.