Manşet Xəbərlər — 30 September 2014

Siyasi müşahidəçilər Fələstinə hərbi təcavüz və evlərin inşası arasında əlaqə olduğunu düşünürlər.

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir  ki, bu il İsrailin Fələstinə hərbi təcavüzü ilə paralel olaraq, 1967-ci ildən etibarən Qüdsün şərq hissəsində yəhudilərə məxsus evlərin 25%-nin bu il inşa edilməsi siyasi ekspertlərin nəzərindən yayınmayıb.

İsrailin qeyri-hökumət təşkilatlarından birinin hazırladığı hesabata görə, Qüdsün şərqində inşa edilən yəhudilərə məxsus yeni yaşayış məskənlərinin 25%-nin tikintisinə 2014-cü ilin əvvəlindən başlanılıb.

Qüds Şəhər Şurasının bildirişində cari ilin 1 yanvar tarixindən iyun ayının 30-dək 2100 evin inşasına başlanıldığı qeyd olunub. Tikintilərin hansı mərhələdə olduğu qeyd edilməyən bildirişlə yanaşı, “Dərhal Sülh” (Peace Now) qeyri-hökumət təşkilatının üzvü Hagit Ofran şəhər şurasının bildirişindəki rəqəmlərin həqiqəti əks etdirdiyini deyib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.