Kim - kimdir? Manşet — 12 February 2015

Səudiyyə xanədanının üzvü, Səudiyyə Ərəbistanının  indiki kralı

Gəncliyi və təhsili

Kral Salman 1935-ci il dekabr ayının 31-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində dünyaya göz açıb. Atası ölkənin ilk kralı Abdullah ibn Əbdüləziz, anası isə Həssa əs-Sudairidir. Kralın 45 övladının 25-cisidir.

O, ilk təhsilini kral ailəsinin uşaqlarının təhsil aldığı “Şahzadə Məktəb”ində alıb. Oradan məzun olduqdan sonra siyasət aləminə atılır.

Fəaliyyəti

Salmanın siyasi arenada ilk ciddi fəaliyyəti 1950-ci illərə gedib çıxır. İlk olaraq Səud Ailəsi Şurasının sədri olmuş, bununla yanaşı, çox mühüm dövlət xidmətlərini həyata keçirmişdir. Həmçinin Ər-Riyad şəhərinin meri kimi fəaliyyət göstərən Salman bu işdə xeyli təcrübə toplayır. 48 il bu vəzifənin icrası ilə məşğul olur və  2011-ci ilin 5 noyabrında Müdafiə naziri vəzifəsinə təyin olunur.

Qardaşı Nayif  ibn Əbdüləzizin vəfatından sonra vəliəhdlik ona verilir.

Kral Abdullahın ölümündən sonra Səudiyyə Ərəbistanının kralı  seçilmişdir.

Vəliəhd olaraq Müqrin ibn Əbdüləzizi təyin edir. Kral olduqdan sonra 30 yaşlı oğlu şahzadə Məhəmmədi Müdafiə naziri vəzifəsinə gətirmişdir.

Kral Salmanın siyasi cəhətdən xalqa qarşı daha mülayim və tolerant olduğu məlumdur. Kral-xalq münasibətlərinə çox əhəmiyyət verir. İslahatçı düşüncəyə sahibdir.

Tərcümə etdi: Dilavər Məmmədov

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.