Manşet Xəbərlər — 30 May 2014

21 milyon seçicinin dəstəyini aldığını iddia edən Sisinin qələbə sevincini cəmi 1000 tərəfdarı bölüşüb.

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Misirdə boykot edilməsindən dolayı daha bir gün müddətinə uzadılan prezident seçkilərində 97% səs toplayan Əbdülfəttah əs-Sisinin “Təhrir” meydanında keçirilən qələbə mərasimində cəmi min tərəfdarı iştirak edib.

Türkiyə mətbuatı “Təhrir” meydanına çox az sayda Sisi tərəfdarının toplaşmasını Misirdə oynanan seçki komediyasının faciəylə başa çatması kimi xarakterizə edərək, sözügedən meydana toplaşanların böyük əksəriyyətinin polis və əsgərlərdən ibarət olduğunu yazıb.

Çevriliş əleyhinə Milli İttifaq Hərəkatının sözçüsü Məcdi Qurqur isə seçki komissiyasının seçici fəallığı ilə bağlı açıqlamasına etirazını bildirərək, seçkilərdə fəallığın elan edildiyi kimi 47% deyil, cəmi 12% olduğunu ifadə edib.

Bu arada hərbi xuntanı dəstəkləyən bəzi Misir KİV-i seçkiləri boykot edən ölkə vətəndaşlarını xəyanətdə ittiham edib.

Share

About Author

(0) Readers Comments

Comments are closed.