Manşet Xəbərlər — 30 July 2014

ABŞ-da müsəlmanların yaşadıqları evlərin qapılarına İslamı təhqir xarakterili ifadələrin yazıldığı broşürlər asılır. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Ştatların Nyu-York şəhərində müsəlmanların yaşadıqları evlərin qapılarına İslama və müsəlmanlara nifrət və təhqiramiz xarakterli ifadələrin əks olunduğu broşürlərin asılmasından sonra polis istintaq başladıb. Bruklin rayonunda aralarında müsəlman ailələrin də yaşadığı binadakı mənzillərin qapılarına asılan broşürlərdə müsəlmanların ölkəni tərk etmələri tələb olunub. “İslamçılar, ölkənizə geri qayıdın. ABŞ sizə nifrət edir. Siz terrorçusunuz. Siz 2-ci Holokostsunuz”, – kimi ifadələr yazılıb. Məsələyə artıq münasibət bildirən Nyu-York Şəhər Bələdiyyə sədri Bill de Blasio yazılı açıqlamasında baş verənlərin “utancverici” olduğunu qeyd edib. Xəbərlərdə insidentlə bağlı hələlik heç kimin saxlanılmadığı bildirilib. Xatırladaq ki, ötən həftə Nyu-Yorkda müsəlmanların təravih namazından çıxışı əsnasında məscidin ətrafındabəzi şəxslər İsrail lehinə şüarlar səsləndirərək, məscidi təhqir etmişdilər.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.