Manşet Maraqlı Məqalələr Xəbərlər — 20 November 2017

Əlbəttə, o dövrlər dünya bir nüvə fəlakəti təhdidi altında olsa da, Soyuq müharibə dövrü kosmik yeniliklər üçün əla bir zaman idi.

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, kapiltalist Qərb ilə kommunist Şərq bloku arasındakı rəqabətin səbəb olduğu elmi araşdırmalar öncələri olmadığı qədər maddi qaynaqlarla təmin edilirdi. Yerin ətrafına süni peyklər göndərildi, tısbağalar Ayın ətrafında fırlandı və 12 insan Aya ayaq basdı. Hətta orada qolf belə oynadılar.

Bu qəribə və vəsvəsəli vaxtlarda heç vaxt tamamlanmamış və uğurlu olmamış xeyli qəribə planlar vardı. Uğurlu olmamalarının əsas səbəbi məhz qəribə və məntiqsiz olmaları idi. Hələ bu kosmik yarışdakı heyvan missiyalarında bəhs etmirik belə.

Ayı bombalamaq

Ən təəccübləndirici planlar içinə Ayı bombalamaq daxil idi. 1959-cu ilin iyun ayı ərəfəsində ABŞ hərbi qüvvələri silah sınağı və Ayın müşahidəsi üçün Yerin peykinə kiçik W25 nüvə başlığı atmaq üçün planlar hazırlamağa başladı. Amma bu planların başqa motivləri də vardı: mühirbəyə hazırlıq. Amerikalılar bombanı düz Ayın işıqlı və qaranlıq üzlərinin sərhəddinə atmaq istəyirdilər. Beləcə partlayış Yerdən, xüsusilə də Moskvadan görünəcəkdi.

Nəysə ki, bu heç bir zaman reallaşmayacaq planlardan biri idi. Bu proyektin üzərində işləyən bir qrup alim vardı. Bunlardan biri də gənc Karl Saqan idi.

Bir-birlərinə lazer silahlar ilə atəş açan kosmik vasitələr köhnə Ceyms Bond filmləri səhnələrinə bənzəsə də, SSRİ və ABŞ bu təxəyyülü reallığa çevirməyə son dərəcə yaxın idi.

1970 və 1980-ci illərdə SSRİ ABŞ peyklərini məhv etmək üçün karbon dioksid lazer silahın sahib, Polyus adlı, insansız orbital silah platformu inşa etmək üçün işlər görürdü. 1986-cı ildə inşası tamamlanmış vasitə bir il içində orbitə buraxılacaqdı.

Yaxşı ki, peykin orbitə buraxılmağa tam hazır olması üçün çoxlu vint lazım idi və peyk Yer orbitinə buraxılmadı. Soyuq müharibə gərginliyi azaldığı və Sovet iqtisadiyyatı zəiflədiyi üçün kimsə plana yenidən göz atmaq üçün yetərincə həvəsli olmadı.

 

Yer ətrafında mis halqa

Rəsmi olaraq “West Ford” proyekti adlanan “Needles” proyekti tamamlanmaya çox yaxın olan, başqa bir axmaq plan idi. Müdafiə Nazirliyi və Hava Qüvvələri uzun mənzilli rabitəni asanlaşdırmaq üçün Yerin ətrafında Saturnun halqaları kimi 480000000 kiçik mis məftillər yerləşdirməyi qərara aldı.

1961 və 1063-cü illər arasında bu kiçik mis parçalarını orbitə yerləşdirmək üçün bir çox cəhdlər oldu. Lakin maraqlar və maddi qaynağın axın istiqaməti dəyişdiyi üçün bu planın da tamamlanma prosesinün sürəti son dərəcə zəiflədi. Amma bu gün belə hələ də Yer ətrafında bu kiçik mis hissəciklərinə rast gəlmək mümkündür.

Kiçik mis məftillər

Heç də bütün Soyuq müharibə planlarının səbəbi dövlətlərin eqoları deyildi. 1980-ci illərin ikinci yarısında ABŞ “Space Station Freedom” adlı, nəhəng, içində yaşamağın mümkün olduğu, futuristik kosmik stansiya qurmaq üçün çalışırdı.

“Space Station Freedom” məhz olmasını xəyal etdiyimiz bir kosmik stansiya olacaqdı: kosmi şatllar, laboratoriyalar, insanlar üçün həyat sahələri, observatoriya, xəstəxana, peyk təmir təsisləri və daha nələr.

Amma siyasətçilər bu proyektə şübhə ilə yanaşırdılar və çox baha başa gələcəyindən narahat idilər. Bununla birlikdə, Soyuq müharibə də demək olar ki, bitmişdi, yəni kosmik rəqabətə də gərək yox idi. Proyekt həyata keçməsə də 100 milyard dollarlıq Beynəlxalq Kosmik Stansiya üçün zəmin hazırladı.

Milli.Az

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.