Mən biznesin kuliminasiya nöqtəsinə çatdım.

Başqalarının nəzərində mənim həyatım uğur simvolu olub. Baxmayaraq  ki, işimdən əlavə mənim həm də balaca oğlum var. Nəhayət, sərvət mənim sadəcə alışıq olduğum bir faktdır. Xəstəxana çarpayısında uzanarkən və bütün həyatımı xatırlarkən mən anladım ki , öyündüyüm bütün mükafatlarım və sərvətim yaxınlaşan ölümümdən öncə mənim üçün əhəmiyyətsiz olub. Qaranlıqda süni tənəffüs yaradan aparatların yaşıl işığına baxarkən və onların mexaniki səslərini eşidərkən, yaxınlaşan ölümümün nəfəsini hiss edə bilirəm. Ancaq indi mən anlayıram ki, ömrün  geri qalan hissəsinə pul yığarkən, həyatımızda sərvətə bağlı olmayan digər məqsədlərin də ardınca getməliyik. Bunlar daha vacib məqsədlər olmalıdır: sevgi hekayəsi, incəsənət, uşaqlıq arzularım….

Sərvət dalınca getmək insanın başını döndürür, məsələn mənim kimi. Tanrı  bizə  hər birimizin qəlbindəki sevgini hiss etmək üçün yollar göndərib, şöhrətdən qaynaqlanan məşhurluq yox. Həyatım boyu qazandığım pulları,  mən özümlə apara bilmərəm. Mən yalnız sevgidən güc alan xatirələrimi apara bilərəm.

Bu, sizi izləyən, müşayiət edən, sizə güc verən və irəliyə getmək üçün işıq olan həqiqi xəzinədir Sevgi min kilometrlərlə  məsafəni qət etməyə qadirdir. Həyatın limiti yoxdur. Hara getmək istəyirsinizsə,  gedin. Çatmaq istədiyiniz “sitat”lara çatın. Bütün bunlar sizin qəlbinizdə və əlinizdədir.

Mənə sual versəniz ki,dünyada ən bahalı yataq hansıdır, deyərəm ki, xəstəxana yatağı.

Siz maşınınızı sürmək üçün kiməsə kirayəyə verə bilərsiniz. Siz özünüz üçün qazanırsınız,amma olduğunuz məkanda sizin yerinizə xəstəliyə dözməsi üçün kimisə kirayə tuta bilmirsiniz.   İtmiş maddi nemətlər tapıla bilər. Lakin yeganə bir şey vardır ki, itirsəniz tapılmaz: həyat.

Hal-hazırda həyatımızın hər hansısa bir  səhnəsindəyik, amma sonda pərdəmizin aşağı salınacağı günlə üzləşəcəyik. Ailənizə,yoldaşınıza,dostlarınıza sevginizi bəxş edin ən əsası isə sevginizin qədrini bilin….

Özünüzü tərbiyə edin! Başqalarının qayğısına qalın!

Tərcümə etdi: Səkinə Ağalarova

Share

About Author

dlvmmazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.