Kim - kimdir? Manşet — 31 October 2014

Şüeyb ibn Məhərrəm əl-Əlbani əl-Ərnaut

Suriyalı hədisşünas, islam irsi tədqiqatçısı

Şeyx Şüeyb əl-Arnaut 1928-ci ildə Dəməşqdə dünyaya göz açıb.

Təhsili

İlk dini təhsilini  valideynlərindən almış, bu müddət ərzində İslamın əsas prinsiplərinə vaqif olmuşdur.

Qurani-Kərimin bir çox cüzünü əzbərləyən gənc Şüeyb bu  şövqlə  müqəddəs kitabın mənasını dərindən öyrənməyə, onun sirli dünyasının incəliklərinə bələd olmağı qarşısına  məqsəd qoyur. Məhz bu istək onu gənc yaşlarında ərəb dilini dərindən öyrənməyə vadar etmişdir. Bu məqsədlə nəhv, sərf, bəlağət və ədəbiyyatı öyrənmək üçün 10 il  Dəməşqin elm həlqələrində iştirak edir, mədrəsələrində oxuyur. Dövrünün ən güclü ərəb dili müəllimləri Şeyx Saleh Farfur və Şeyx Arif əd-Ducidən dərs alır.

Dərslər zamanı şeyxləri ilə birlikdə bəzi fiqhi mətnlərin qiraətinə başlayan gənc alim hədis elminin incəliklərini də öyrənməyə başlayır. Elm həlqələrində müasirləri ilə səhih hədisləri “zəif” hədislərdən fərqləndirmə yollarını müzakirə edir. Bu müzakirələr onda Sünnəni dərindən öyrənməyə  marağı artırır. Hədisləri öyrənmək, “zəif”ini səhihindən fərqləndirmək, hədis kitablarını yenidən tədqiq etmək istəyi onu 1955-ci ildən başladığı ərəb dili tədrisindən ayırır.

İş fəaliyyəti

1955-ci ildə Ərəb dili tədrisi ilə məşğul olmuşdur.

Ərəb-müsəlman irsinin araşdırılmasına xüsusi diqqət verən Şüeyb 1958-ci ildə Dəməşqdəki İslam Ofisində işləməyə başlayır və oranın Tədqiqat və Təshih şöbəsinə iyirmi il rəhbərlik edir. Bu vaxt ərzində müxtəlif elm sahələrində İslam irsinə dair 60 cilddən çox əsəri tədqiq edir. Alim Bəğəvinin  “Sünnə” kitabını şərh edir və 16 cildlik bitkin bir əsər ərsəyə gətirir. Həmçinin İmam Nəvəvinin “Rövzə ət-talibin” kitabını 12, İbn Müflih əl-Hənbəlinin “Mübdi” kitabını 10, İbn Cövzinin “Zad əl-məsir fi elm ət-təfsir” kitabını isə 9 cilddə şərh və tədqiq edir.

1982-ci ildə Əmmandakı “Risalət” Təşkilatında işə başlayır, İslam İrsini Tədqiq şöbəsinə rəhbərlik edir. Məhz bu qurumda o, ərəb-müsəlman irsinin tədqiqində ciddi işlər görür. Belə ki Zəhəbinin “Seyr əl-ə`lam” kitabını 25, İmam Tirmizinin “Sünən” kitabını 16, İmam Nəsainin “Sünən”ini 12, İmam Dariqutninin “Sünən” kitabını 5,  İmam Əhmədin “Müsnəd”ini isə 50 cilddə şərh və tədqiq edir.  

Arnut İmam Zəhəbinin “İslam tarixi” kitabını professor Bəşər İvadla birlikdə tədqiq etmişdir.

 

Tədqiqatları

Bəğəvi.  Sünnə (16 cild)

İmam Nəvəvi. Rövzə ət-talibin (Şeyx Əbdülqadir əl-Ərnautla birlikdə – 12 cild)

İbn Münzir. Mühəzzəb əl-əğani (12 cild)

İbn Müflih əl-Hənbəli. əl-Mübde fi şərh əl-müqne” (10 cild)

İbn Cövzi. Zad əl-məsir fi elm ət-təfsir (Şeyx Əbdülqadir əl-Ərnautla birlikdə – 9 cild)

Zəhəbi. Seyr ə`lam ən-nübəla (25 cild)

İmam Tirmizi. Sünən (16 cild)

İmam Nəsai. Sünən (12 cild)

İmam Dariqutni Sünən (5 cild)

İmam Əhməd. Müsnəd (50 cild)

Tərcümə etdi: Dilavər Məmmədov

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.