Dinozavrların soyunun tükənməsinə səbəb onların zirehlərinin çox, beyinlərinin küt olması idi. İnformasiya erasında hakimiyyət qolu güclü olanın deyil, beyni yaxşı işləyənin əlindədir. Belə olan halda beynimizi doğru-düzgün işlətməliyik. Elə isə gəlin, bu vacib orqanı doğru istifadə etmənin, təkmilləşdirmənin yollarına nəzər salaq:

  1. Məqsədini konkretləşdirin

Uğrunda yaşamağa dəyən məqsədi, çətinliklərə sinə gərməyə layiq hədəfi olmayanlar özlərini hərəkətə gətirə bilməzlər.

  1. Hərtərəfli və ya strateji düşünün

Hədəf piramidasının ən yüksək nöqtəsinə ən mühüm şeyləri yerləşdirin. Mücərrəd hədəflərinizi isə heç vaxt unutmayın. Qocaldığın zaman necə xatırlanmağınızı istəyirsinizsə necə bir insan olmaq istədiyini düşün. Məqsədi müəyyənləşdirmək öz-özünü şifrələmək və hərtərəfli (və ya strateji) düşünmək yol xəritəsini çəkmək kimidir. İşlərinizin prioritetlik sırasına görə vaxtın idarə edilməsini təkmilləşdir.

  1. İdmanla məşğul olun

Mütəmadi və ya həftədə azı bir dəfə tərləyəcək qədər idman etmək insana ruhən müsbət təsir göstərir, optimist düşünməyə kömək və yaşlanan beynin gümrahlığını təmin edir. İdman sayəsində beynin genişlənməsi təmin olunur ki, bu da onu “gənc” saxlayan başlıca amillərdəndir.

  1. Beyninizi düşünməyə məcbur edin

Zehni idman hərəkətləri beyində sinir əlaqəsi hövzəsini zənginləşdirməklə yanaşı, onun belə demək mümkündürsə, “bank hesabı”nı çoxaldır. Sonrakı illərdə isə əkilənlər biçilir. Beynin əlaqələndirmə qabiliyyətini ən çox artıran məşğələlər şərh etmə, təkrarlama, yeni biliklər kəsb etmə, müxtəlifyeni təcrübələr keçirməyə imtina etməmə, vərdişləri tərk edərək, gündəlik təkrarlanan işləri dəyişdirməkdir. Bununla xüsusi məlumat detalları yenidən yada düşür, yəni, beynin xatırlama gücü artır.

  1. 5N1K

Beyinə həkk olunan informasiya yaddaşın 6 sədaqətli köməkçisi sayılan “Kim”, “Nə”, “Harada”, Nə vaxt”, “Necə” və “Nə üçün” suallarını verməklə altı əlaqə forması ilə qeyd edildiyindən ötrü asanlıqla yada salınır və heç vaxt unudulmur; bir hadisəni yenidən xatırlamaq üçün suflyora oxşar yada salan ipucu formalaşır. Məsələn, filankəsin “burnu böyük idi”, “qulağı sincaba oxşayırdı” və s. kimi yada salmağa kömək edən əlamətlər istifadə etmək mümkündür.

  1. Müşahidə edin

Avtomobili sürən sürücü fəal, yan oturacaqda əyləşən şəxs isə passiv müşahidəçidir. Hər hansı bir ərazinin yollarını öyrənmək istəyən kəsin sürücü oturacağına əyləşməsi gərəkdir. Diqqəti və qavrama gücünü artıran ən asan və davamlı xatırlamağa imkan verən öyrənmə metodu fəal müşahidə və təcrübədən keçirmənin birlikdə icra olunmasıdır. Asan və yaddaqalan öyrənmə üçün bu metod dedektiv texnikası tətbiq etməyə oxşayır – əvvəlcə hər bir şeyin geniş rakursdan foto-şəkli çəkilir, sonra detallar öyrənilir.

  1. Nəzərdən keçirin

Öyrənilən informasiyanı qeyd edilməsi, yada salınması və nəzərdən keçirilməsi texnikasında məlumat beynin əlaqə formalarına iz qoyacaq şəkildə həkk olunur. İnsan yaşadığı müddətcə yeni şeylər öyrənib beynini mütəmadi öyrənməyə məcbur edir ki, bu da möhkəm yaddaş formalaşdırır. Bunun sayəsində beyin kitabçasında toz basan əlaqələr işləyər, paslanan çarxlar “yağlanar”.

  1. Hey öyrənin

Sehrli söz beyində əlaqə çoxluğunu təmin etmək, sehrli icra isə davamlı surətdə öyrənmədir. Artıq qurumlar belə öyrənən təşkilatlar olduqları halda mövcudluqlarını davam etdirə bilirlər.

  1. Sadə olun

Xoşbəxtlik ətriyyat kimidir, özünüzə sıxmadan başqasına verə bilməzsiniz.

  1. Sosial təmas

Siçanlar üzərində aparılan mikroskopik təcrübələrdə manipulyasiya edə biləcəkləri güzgü, top və digər buna oxşar oyuncaqların olduğu qarmaqarışıq mühitdə yaşayan yetişkin siçanların beyinlərinin daha sadə şəkildə yaşayan siçanlara nəzərən fərqli olduğu öyrənilib. Körpələr üzərində aparılan strukturdan daha çox funksiyaya söykənən sınaqlar da bu təcrübənin doğruluğunu təsdiqləyib. Belə ki, geniş, hərtərəfli və xəbərdaredici mühitlərdə böyüyən uşaqların sadə həyat tərzi sürən həmyaşıdlarına nəzərən reaksiyaları və hərəkətləri daha uğurlu idi.

Nevzat Tarhan

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.