Manşet Türkiyə Xəbərlər — 16 May 2014

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Manisa vilayətinin Soma şəhərində baş vermiş partlayışla əlaqədar istefaya hazır olduğunu açıqlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Milliyet” qəzeti xəbər verib.

Qəzetin məlumatına görə, bu barədə nazir özü jurnalistlərə verdiyi açıqlamasında bildirib: “Tutduğum vəzifənin işçilərin həyatı ilə müqayisədə heç bir mənası yoxdur”.

Onun sözlərinə görə, tələb olunduğu zaman istefaya hazırdır.

Qeyd edək ki, Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 284 nəfərə çatıb. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.

T.Yıldız bildirib ki, işçilərin sayı haqqında açıqlanan rəqəmlər mədən rəhbərliyi tərəfindən təqdim olunub. Hazırda 90 nəfər dağıntılar altındadır.

Onun sözlərinə görə, görülən işlər çərçivəsində mədəndən 370 nəfər çıxarılıb.

Partlayış işçilərin növbə dəyişikliyi zamanı olub.

Faciə İstanbuldan 250 km cənubda, Manisa vilayətinin Soma şəhərində özəl mədənlərdən birində, yerin təxminən 2 km dərinliyində baş verib.

Share

About Author

Azerimuslims

(0) Readers Comments

Comments are closed.