İslami Manşet Məqalələr Xəbərlər — 23 October 2017

Tövbə edə bilmək…
Dostum bu yaxınlarda mənə dedi: “Bu gün təqvimin vərəqlərini çevirirdim. Qəflətən bir həqiqqət beynimdə ildırım kimi çaxdı: Heç hiss etmədiyim halda ömrümdən bir il keçmişdi! Boş və qəflətdə keçən günlər….

Varlığım lərzəyə gəldi. Qəbrə girməyə bir ildə yaxınlaşmışdım. Qəlbimə gələn hüzn bütün ruhumu sardı.

Özümə hakim ola bilmədim və gözlərimdən sel kimi yaşlar boşalmağa başladı. “Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” (əl-Muminun115)
Əziz qardaş və bacılar! Bilin ki, haram yoldan gələn ləzzət və həzz insanı pərişan edər. Onun şiddətli əzabı və vicdanı sarsması isə günah işlədikdən sonra bütün ağırlığı ilə ortaya çıxar. Saleh əməl, gözəl münasibət isə üzə nur, qəlbə işıq gətirər. Ruzini artırar, bədənə qüvvət verər və o insan digərlərinin qəlbində həmişə dua və sevgi ilə anılar.
Əgər insan dərk etsə ki, ona əsl iztirab və üz qaralığını verən pis əməlləridir, bu zaman o əməlləri heç zaman işləməz. Eyni zamanda saleh əməllərin nurunu görə bilib ruzisini bərəkətləndirdiyini, qəlbinə hüzur verdiyini dərk etsə ancaq həyatnda belə əməllərə meyl edər.
Tövbəkarlar karvanı hərəkətdədir…. Haqq qapısına dönənlər qəbul olunur. Bu qapı – tövbə qapısı hər zaman açıqdır. Hamı buraya dəvətlidir… “Ey möminlər! Hamınız Allaha dönün (tövbə edin) ki, nicat tapasınız!” (Nur 31) 
Tövbə edənlərin göz yaşları tək həqiqi göz yaşlarıdır. Qəlbləri də Allaha yönəlimişdir. Çünki onlar qiyamət günü gözlərini və qəlblərinin şahidliyindən qorxurlar.
Böyük səhabə İbn Ömər belə deyir: “Tövbəkarlarla oturub durun, çünki onların qəlbləri çox incədir”
Tabiindən Fadl bin İyad keçmişdə yol kəsən bir quldur idi. Bir cariyəyə aşiq olmuşdu. Bir gecə onun divarının yanı ilə gedərkən yaxınlıqdakı evdən Qur`an səsi eşitdi. Eşitdiyi ayədə belə deyilirdi: “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Qu`ran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!”(əl-Hədid 16)  Eşitdikləri gözlərini yaşartdı. Keçirdiyi günləri xatırladı və ömrünü zay etdiyini gördü. Elə bundan sonra Allah qəlbinə nur verdi, tövbənin ruhi ləzətini daddı. Bununla da bütün həyatı dəyişdi, zahid, abid və yaxşı əməl sahibi möhtərəm bir şəxsə çevrildi. 
Qardaşlar, əməllərinizə bir də baxın, diqqət edin axirətə hazırlıq görmüsünüzmü. Əgər görmüsünüzsə bu hazırlıq tövbə qapısından keçibmi? 
Xətalar içərisində çırpınan, nəfsinə qul olan insanın qarşısında biri Allahın rəhməti, digəri isə qəzəbi olmaqla iki yol vardır. Tövbə rəhmətə açılan qapıdır. 
Təəssüf ki, bəzən həyatda nəinki bu qapını aralayır, hətta üzümüzə açılan qapıları özümüz bağlayırıq. Bəli, həyat bir yola bənzər, dediyimiz kimi ətarafımızda da  tövbəkarlar karvanı hərəkətdədir. Axirətdə peşiman olmadan, göz yaşlarında boğulmadan əvvəl bu dünyada peşiman olub, göz yaşı töküb o karvana tərəf tələsmək lazımdır. Allah bizə“Hamınız birlikdə Allaha tövbə edin” ( Nur 31) – deyə buyurulmaqdadır. 
Digər bur ayədə isə belə deyilir: “De: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” ( Zumər 53) 
Nə qədər ki, bu qapı (Tövbə qapısı)  açıqdır ona doğru tələsin! Çünki bu dünyada bir çoxları oraya varmadan, oradan ehtiyaclarını götürmədən getdilər.
Tövbə edənlər Allahın sevimlisidir. “Həqiqətən Allah tövbə edənləri sevər” (Bəqərə 222) 
Bütün bunlardan sonra hamımızın tövbə qapısından rahat keçməsinə səbəb olacaq bəzi nəsihətləri diqqətinizə çatdıracağıq. Allah bu əməllərlə yaşamağı bizə nəsib etsin!

1.Daxili aləmin islahına çalışmaq zərurətdir. Qəlbini mütməinn (razı) et. Onun mütməinliyi sağlam əqidə ilədir. Yəni qəlbini Allaha döndər və Onun Rəsulunun yolu ilə yürü.

2.Allahın əmrlərini yerinə yetir, haramlarından çəkin.

3.Allahın daima səni görüb, eşitdiyini unutma, edəcəyin əməllərini də buna görə tərtib et.

4.Qiybətdən, araqarışdırıcı söz və əmllərdən çəkin.

5.Həmişə Allahı zikr et.

6.Başqalarının nəzərlərinə deyil, əvvəl öz nəzərlərinə nəzarət et. Gözünü haramdan qoru.

7.Gecə və günüz dilindən istiğfar (Allahdan bağışlanma) kəlimələri əksik olmasın.

8.Tövbə edib bütün çətin zamanlarında Allaha yönəl.

9.Təvazökarlıqdan əl çəkmə, çünki təvazökar insanı Allah özü ucaldar.

10.Allahın kitabı və Rəsulunun sünnəti sənin yolunun nuru olsun.

11.Allahın dini olan İslama, malınla, canınla, ailənlə,  fikirlərinlə xidmət et. Bu yolda hər cür fədakarlıqdan çəkinmə.

12.Sənə dinini öyrədən kitabları oxu və bu mövzuda faydalı kasetləri dinlə.

13.Dinininə həqarət edilib əmirlərinin alçaldıldığı yerlərdə dayanma, dindar, saleh və xeyirxah insanların məsxərəyə qoyulduğu məclislərdə oturma.

14.Dünyanın harasında olursan ol, müsəlman qardaşlarına dua et.

15.Heç yerdə yazıq və miskin görünmə. Bütün hərəkətlərində kişiliyini və mərdliyini unutma. Səni görən hər bir kəs müsəlmanın kim olduğunu bilsin. Yaddan çıxarma ki, Hz. Ömərin yolda boynunu qısaraq yeriyən bir nəfəri tənbeh edərək ondan vüqarlı yariməsini tələb etmişdi. (Diqqətli ol, bunu təkəbbürlü gəzmək kimi anlama).

16.Valideynlərinə itaət et. Onlar Allaha qarşı çıxmadıqca xidmətlərində ol.

17.İmkan olduqca elm məclislərində iştirak et, dərslərə qoşul, mühazirələr dinlə.

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.