Manşet Xəbərlər — 23 September 2014

Almaniya kəşfiyyatının Türkiyəni dinləmə səbəbləri arasında prezident Rəcəb Tayyib Ərdoğanın ölkəsini nüvə ölkəsinə çevirmək istəyinin də ola biləcəyi iddia edilib.

Panoram.az-ın məlumtaına görə, belə bir iddia ilə Almaniya Müdafiə Nazirliyinin sabiq əməkdaşı Hans Rühle çıxış edib. Rühle Almaniyanın Türkiyəni dinləmə səbəbləri arasında Ankaranın gizli şəkildə həyata keçirdiyi atom bombası layihəsi ola biləcəyini də irəli sürüb.

O, “Die Welt” qəzetində dərc olunan məqaləsində ölkəsinin Türkiyəni dinləməsinin digər səbəbləri arasında əcnəbi cihadçılar, narkotik qaçaqmalçılığı, kürd yaraqlılar məsələsinin də ola biləcəyini ifdə edib.

Məqalədə Türkiyənin nüvə stansiyaları ilə bağlı müqavilələrə “yanacaq çubuqlarının geri qaytarılması” maddəsini daxil etmədiyini xüsusi vurğulayıb. Habelə müəllif Almaniya Kəşfiyyat Xidmətinin Türkiyənin Pakistandan kifayət qədər sentrifuq aldığına dair məlumata sahib olduğunu da iddia edib.

/panoram.az/

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.