Manşet Türkiyə Xəbərlər — 03 June 2014

Türkiyə Manisa vilayətində mədəndə partlayış zamanı həlak olan işçilərin bütün kredit borclarını ləğv edəcək. Bu barədə Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı Türkiyənin “TRT Haber” telekanalı yayıb.

Baş nazirin sözlərinə görə, Türkiyə hökuməti həlak olanların ailələrinə əlavə maliyyə vəsaiti də ödəyəcək.

Bundan başqa, Ərdoğan bildirib ki, həlak olanların ailələrinə əlavə güzəştlər təqdim ediləcək.

Qeyd edək ki, mayın 13-də Türkiyənin Manisa vilayətinin Soma şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində 301 nəfər həlak olub, 486 nəfər yaralanıb.

Share

About Author

Azerimuslims

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.