Manşet Xəbərlər — 19 August 2014

Ərdoğan hökuməti Fələstinin Qəzza zolağına üzən elektrik stansiya göndərməyi planlaşdırır. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, barədə məlumat verən Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız bu addımı İsrailin hərbi əməliyyatlarından dolayı infrastrukturu dağılan Qəzzanın yenidən bərpası addımları çərçivəsində atacaqlarını deyib. Yıldız fələstinli həmkarı ilə görüşündən sonra keçirilən mətbuat konfransında Qəzzada yeni elektrik stansiyaları inşa edilənədək zolağın üzən elektrik stansiyalar vasitəsilə işıqlandırılacağını bildirib. Qəzzaya qarşı tətbiq olunan embarqonun zolağın energetika sektoruna zərbə vurduğunu qeyd edən Yıldız hazırda sözügedən ərazidə sutka ərzində cəmi 4 saat elektrik enerjisinin verildiyini deyib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.