Manşet Türkiyə Xəbərlər — 01 October 2014

İraq və Şam İslam Dövləti (İŞİD) hərəkatının Suriyadakı Türkiyə torpağına hücum edəcəyinə dair xəbərlər yayılıb.

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD-in Suriyadakı Türkiyə torpağı “Süleyman Şah” türbəsinə hücum edəcəyinə dair xəbərlərdən sonra Türkiyə Silahlı Qüvvələri (TSQ) türbə ətrafındakı təhlükəsizlik tədbirlərini artırıb.

İŞİD döyüşçülərinin “Süleyman Şah” türbəsinin yerləşdiyi bölgəyə yaxınlaşdığını deyən  Baş nazirin müavini Bülənd Arınç TSQ-nin türbəni mühafizə etdiyini deyib. Arınç türbənin mühafizəsi üçün lazımi tədbirlərin görüldüyünü vurğulayıb.

Məlumat üçün deyək ki, “Süleyman Şah” türbəsini mühafizə edən hərbçilərin sayı artırılaraq 50 nəfərə çatdırılıb. Hazırda türbənin mühafizəsindən məsul şəxsi heyətdən 25 nəfəri Türkiyə Xüsusi Təyinatlıları sayılan “qırmızı beretlilər”, digər 25 nəfəri isə zabit və gizirlərdir. TSQ-nin bölgədəki hərbi hissələri türbəyə hücum baş verəcəyi təqdirdə bölgəyə göndərilməsi üçün hazır vəziyyətə gətirilib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.