“Yusif əl-Qərdavi kimi qərarlı və güzəştə getməyən alimə dəstək üçün Türkiyəli ziyalılar və İslam alimləri  ciddi məsuliyyət hiss etməlidirlər”

Bu yaxınlarda  İNTERPOL-un Beynəlxalq Müsəlman Alimləri Birliyinin sədri Yusif əl-Qərdavi haqqında həbs qərarı verməsinə  bir qrup yazıçı, mətbuat işçisi və elm adamları tərəfindən sərt reaksiya verilib.

 “Timeturk” xəbər verir ki, Abdullah Böyük, Abdullah Yıldız, Əbdüləziz Kutluay, Əbdülmətin Balkanlıoğlu, Ədülvəhab Əkinci, Əhməd Ağrıakça, Əhmət Taşgetirən, Bəşir Eryarsoy, Cavad Akşit, Əbubəkir Sifil, Əmrullah Hatiboğlu, Faruk Bəşər, Xəlil İbrahim Kutlay, Xeyrəddin Karaman, İhsan Sürəyya Sırma, Ehsan Şənocak, Kazım Sağlam, Mahmut Toptaş, Mehmet Böyükmutlu, Mehmet Paksu, M.Saleh Əkinci, Məhəmməd Əmin Yıldırım, Məhəmməd Özkılınç, Mustafa Karataş, Nurəddin Yıldız, Ömər Döngeloğlu, Ramazan Kayan, Rəcəb Özyurt, Şərafəddi  Kalay və Talha Hakan Alpın imzası ilə etiraz məktubu təqdim edilib.

Məktubda Misir hökumətinin tələbi ilə İNTERPOL tərəfindən Şeyx Qərdavi haqqında “qırmızı bülleten”in çıxarıldığı xatırladılıb.

Məlumata əsasən İNTERPOL-un rəsmi saytında yerləşdirilən qərarda Qərdavinin qəsdən cinayətə təşviq və dəstək, məhkumların qaçmasına dəstək, şiddət və soyğun cinayətlərindən axtarışa verildiyi göstərilib. Habelə Şeyx Qərdavinin İslam dünyasında böyük hörmət sahibi olduğu da bildirilib.

Yuxarıda adı çəkilən ziyalıların verdiyi açıqlamada deyilib: “Yusif əl-Qərdavi 2012-ci ildə keçirilən qanuni seçkilərdə Misirin dövlət başçısı seçilən Mürsini 2013-cü ildə hərbi çevrilişlə devirən Sisini sərt tənqid edərək böyük xarakter nümayiş etdirmişdir. Qərdavi, həmçinin, dünya müsəlmanlarının ortaq yarası olan Fələstin müqavimətini də müdafiə etmiş və müsəlmanların işğalçı sionist rejiminə qarşı cihad etmələrinin vacib olduğuna dair fitva vermişdir. Sisi hökuməti isə  Misirdə təxminən 7 min silahsız müsəlman qadın, kişi, gənc, yaşlını qətlə yetirmiş, yüzə yaxınını isə heç bir səbəb olmadan edama məhkum etmişdir. Qlobal güclərdən aldığı dəstək sayəsində 89 yaşlı Qərdavi haqqında həbs əmrinə müsəlman dünyası əli qoynunda tamaşa etməyəcək. Beynəlxalq güclərin təzyiqləri qarşısında müqavimət göstərən Qətər hökumətini də təqdir etmək lazımdır. Bütün bunlara baxmayaraq həssas müsəlman  rəhbərlər və Türkiyə Cümhuriyyəti rəhbərliyi də böyük alimi Sisi hökumətinin  insafına buraxmamaq üçün fəaliyyətə keçməlidir.  Yusif əl-Qərdavi kimi qərarlı və güzəştə getməyən alimə dəstək üçün Türkiyəli ziyalılar və İslam alimləri  ciddi məsuliyyət hiss etməlidirlər.

Bütün bunlar qarşısında biz Yusif əl-Qərdavinin tək olmadığını və onun yanında olduğumuzu bütün dünyaya elan edirik”.

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.