Manşet Xəbərlər — 25 July 2014

HƏMAS-ın hərbi qanadının sözçüsü açıqlama verib. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin HƏMAS hərəkatının silahlı qanadı “İzzəddin əl-Qəssam” briqadasının sözçüsü Əbu Übeydə İsrailin Qəzzaya təcavüzünə etiraz səsini yüksəldən Türkiyəyə xüsusi mesaj göndərib. İsraillə uzunmüddətli müharibə üçün hər cür hazırlıq işlərini tamamladıqlarını bildirən briqada sözçüsü Əbu Übeydə bu müharibədən qalib çıxacaqlarını deyib. Əbu Übeydə “əl-Əqsa” telekanalında yayımlanan çıxışında qəzzalı gənclərin düşmənə daş əvəzinə bomba atması üçün 500 min əl bombası hazırladıqlarını ifadə edib. Habelə o, briqadanın müharibədə istifadə etdiyi cəbbəxananı yenilədiklərini də vurğulayıb. Minlərlə mücahidin döyüşlərdə iştirak etmək üçün gözlədiyini deyən sözçü İsrailin Fələstin xalqına təcavüz etməyi son qoyanadək əks zərbə endirəcəklərini deyib. Digər tərəfdən İsrailin qətliamları qarşısında etiraz səsini ucaldan Türkiyənin mövqeyinə də münasibət bildirən Əbu Übeydə Türkiyənin uca səsinin fələstinli döyüşçülərə ruh yüksəkliyi və güc verdiyini və bu ölkənin Fələstin üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.