Manşet Xəbərlər — 12 August 2014

İsrail hücumunda ağır yaralanan 4 fələstinlinin müalicəsi Türkiyədə davam etdiriləcək.

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Fələstinin Qəzza zolağına hərbi təcavüzü zamanı ağır yaralanan dörd fələstinli müalicə üçün ambulans-təyyarə ilə Türkiyəyə gətirilib. Türkiyə Səhiyyə Nazirliyinə məxsus ambulans-təyyarə ilə paytaxt Ankaraya gətirilən yaralılardan 3 nəfərinin qadın, 1 nəfərin isə azyaşlı olduğu bildirilib. İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanından Ankaraya gətirilən yaralılar Rəhmə Məhəmməd Hatəmi, İhab Məhəmməd Nəccar, Nida Əbu Dəqa və Əhud Sənayanı Türkiyənin Səhiyyə naziri Mehmed Müəzzinoğlu, Xarici İşlər naziri Əhməd Davudoğlu və digər dövlət rəsmiləri qarşılayıblar. Yaralıları qarşılayanlar arasında olan nazir Davudoğlunun xanımı Sarə Davudoğlu ambulans-təyyarədə yaralılarla bir müddət görüşüb, səhhətləri ilə maraqlanıb.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.