Manşet Xəbərlər — 15 August 2014

Avqustun 14-də Misirdə Ümumdünya Rəbiə Günü münasibətilə hərbi çevrilişə etiraz edənlərin öldürülməsinin ildönümü qeyd olunub. “Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Qahirədə hərbi çevrilişə etiraz edən 1000-dən çox insanın qətlə yetirilməsinin ildönümü münasibətilə keçirilən aksiyalarda 7 nəfər həyatını itirib, 60-dan çox insan saxlanılıb. Devrilmiş prezident Məhəmməd Mürsi və hökumətinə qarşı çevrilişə etiraz məqsədilə “Rəbiətül-Ədəviyyə” və “Nəhdə” meydanlarına toplaşan kütləyə təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı mindən çox insanın həyatını itirməsi Misirin bütün vilayətlərində anılıb. “Təhrir”, “Ədəviyyə” və “Nəhdə” meydanlarında polisin nəzarəti gücləndirdiyi, paytaxt Qahirənin giriş və çıxışlarının nəzarətə götürüldüyü bildirilib. Çevrilişə Yox və Legitimliyə Dəstək üçün Milli İttifaq və çevriliş əleyhinə çıxan digər qrupların çağırışına cavab verən minlərlə insan Qahirə, İsgəndəriyyə, Büheyrə, Suhac, Bəni Süveyf və digər şəhərlərdə yürüş-mitinqlər keçiriblər. Mitinqlərdə Əbdülfəttah əs-Sisi və onun rəhbərlik etdiyi hərbi xuntanın törətdiyi əməllərə etiraz bildirilib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.