Televizora baxmağın alternativlərinə nəzər salaq.

Uşağınızın yaşına uyğun variantı seçə bilərsiniz. Ailənin seçməyi üçün 1000 alternativ təqdim edən kitablar vardır. Onlardan bəzilərini sizə təqdim edirik:

  1. Qala tikmək
  2. Yerli ərazini təmizləmək kampaniyası keçirmək
  3. Kitabxanadan kitab götürmək
  4. Radioya qulaq asmaq
  5. Zooparka və ya muzeyə getmək
  6. Şəkil çəkmək
  7. Şəhər mərkəzində və ya parkda gəzmək
  8. Hovuzda üzmək
  9. Kiçik qardaş və ya bacıya hündürdən kitab oxumaq
  10. Gəzməyə getmək
  11. Velosiped sürmək
  12. Nəğmə və ya şer əzbərləmək
  13. Quşlara tamaşa etməyə getmək
  14. Kəndir üstünə tullanmaq
  15. İcma könüllüsü olmaq və ya hansı isə xeyriyyə layihəsində iştirak etmək
  16. Çadır düşərgəsi salmaq (evin həyətində də ola bilər)
  17. Dosta, qohuma, nənəyə məktub yazmaq
  18. Gül, tərəvəz, ot əkmək
  19. Jurnal oxumaq
  20. Şahmat oynamaq
  21. Özünə və dostuna “dostluq bilərziyi” düzəltmək
  22. İstifadə olunmayan əşyaları qaçqınlara kömək fonduna vermək
  23. Gündəlik tutmağa başlamaq
  24. Kitab mağazasına getmək
  25. Ailə fotoalbomlarına baxmaq
  26. Taxtadan rəflər düzəltmək
  27. Hədiyyələr düzəltmək
  28. Nağıl fikirləşmək və yazmaq
  29. Yarpaqlardan kolleksiya düzəltmək
  30. Axşamlar binoklla səmaya baxmaq, bürcləri tapmaq, Ayı müşahidə etmək
  31. Qonşulara peçenye bişirmək
  32. Ailənin ən böyük üzvündən öz uşaqlığı haqqında danışmağı xahiş etmək
  33. Mürəbbə bişirmək
  34. Yogurt hazırlamaq
  35. Boulinqə getmək
  36. Futbol, basketbol, voleybol, tennis oynamaq
  37. Müxtəlif dinlərin məbədlərinə ekskursiya etmək, dini mərasimlərdə iştirak etmək
  38. Beldə kisə ilə qaçmaq
  39. Çap maşınında yazmağı öyrənmək
  40. Kompüterdən istifadə etməyi öyrənmək
  41. Maşın sürməyi öyrənmək (Dama oynamağı öyrənmək)
  42. Gizlədilmiş şeyləri müxtəlif əlamətlərinə görə tapmaq (gizlənqaç oynamaq)
  43. Əllə paltar yumaq
  44. Mənzili təmizləmək
  45. Oxunmuş jurnala resenziya yazmaq
  46. Ailənin büdcəsini müzakirə etmək
  47. Ziyafət təşkil etmək
  48. Pəncərələri təmizləmək
  49. Ailə və ya dostlarla birlikdə yemək bişirmək
  50. Bayrama hazırlaşmaq
  51. Dostlarla kitab və ya jurnal mübadilə etmək
  52. Ev heyvanı ilə oynamaq
  53. Şəxsi otağı təmizləmək
  54. Sevdiyin yazıçıya məktub yazmaq
  55. Həyətdə (bağda) işləmək
  56. Kağızdan təyyarə düzəltmək və uçurmaq
  57. Quş yuvası və ya ağacdan termometr və barometr asmaq
  58. Ailəliklə gəzməyə getmək
  59. Tamaşa təşkil etmək
  60. Kirşədə sürüşmək, qaradam düzəltmək
  61. Pazlları toplamaq (müxtəlif formalı şəkil fraqmentlərindən (hissələrindən) ibarət mozaikanı qurmaq)
  62. Ailəliklə və ya dostlarla stolüstü oyunlar oynamaq
  63. Qarışqalar üçün “ferma” tikmək
  64. Həyətdə çay qonaqlığı təşkil etmək
  65. Oduncaq və ya kağızdan qayıq düzəldib suya buraxmaq
  66. Ailə üzvlərinin portretlərini çəkmək
  67. Kompasdan istifadə etməyi, xəritəni oxumağı öyrənmək
  68. Metr sistemini əzbərlə
  69. Tikməyi öyrənmək
  70. İnəkləri sağmaq
  71. Lətifələr toplamaq, dəftərə yazmaq, ailəyə və dostlara danışmaq
  72. Alınmalı şeylərin siyahısını yazmaq
  73. Müxtəlif dillərdə əsas sözlərin (salam, sağ ol, sabahın xeyir, bəli, yox, saylar, həftənin günləri) tələffüzünü öyrənmək.
  74. Köhnə qəzet və jurnallardan şəkil kəsmək və dəftərə yapışdırmaq
  75. Qocalar evinə getmək
  76. Birlikdə kitab oxumaq
  77. Uzun məsafə qət etmək
  78. Yaşlı adamla söhbət etmək, söhbəti qeydə almaq
  79. Kəndə səfər etmək
  80. Günəşin batmağı və çıxmağına tamaşa etmək
  81. Müxtəlif məscidlərdə camaat namazında iştirak etmək
  82. /AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.