Manşet Xəbərlər — 08 August 2014

ABŞ prezidenti İraq xristianlarının mühafizəsi ilə bağlı planlaşdırılan tədbirlərdən danışıb.

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən məlumat verir ki, Birləşmiş Ştatlar prezidenti Barak Obama İraqın şimalında İraq Şam İslam Dövlətinin (İŞİD) rəhbərliyindəki silahlı qruplaşmaların hücumlarına məruz qalan xristianların müdafiəsi məqsədilə İraqın müəyyən ərazilərində havadan hərbi əməliyyatların keçirilə biləcəyini istisna etməyib. Prezident Obama İŞİD döyüşçülərinin məskunlaşdığı ərazilərə hava hücumları təşkil etməklə yanaşı, xristianlara havadan təcili yardım məqsədli qida qutularının atılmasının planlaşdırıldığını da bildirib. Adlarının açıqlanmaması şərtilə mətbuata informasiya verən ABŞ rəsmiləri Obamanın İraqda İŞİD-ə hərbi müdaxilə və xristianlara humanitar yardım məsələsini “Ağ Ev”də milli təhlükəsizlik məsələləri üzrə işçi qrupu ilə müzakirə etdiyini deyiblər. “Ağ Ev” sözçüsü Coş Ernst gündəlik brifinqdə jurnalistlərin sözügedən mövzu ilə bağlı suallarını cavablandırmaqdan yayınaraq, ABŞ əsgərlərinin yenidən İraqa göndərilməyəcəyini deməklə kifayətlənib.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.