Manşet Maraqlı Məqalələr — 09 September 2014

Michael Wolfe*

“Vaşinqtonpost”  jurnalı yəhudiləri qorumaq üçün özlərini fəda edən və II Dünya Müharibəsində nasistlərlə vuruşan müsəlmanlarla bağlı  məqalə dərc edib. Yeni tarixlə bağlı maraqlı məqamlara toxunulan bu məqaləni “azerimuslims.com” saytının oxucuları üçün təqdim edirik.

Nur İnayat Xan olduqca qeyri-adi bir həyat yaşadı. 1914-cü ildə Hindli Sufi bir əsilzadə ailəsində dünyaya göz açıb. Peri Baker adlı amerikalı ögey bir bacısı da var idi. Uşaq ikən ailəsi ilə birgə Tolstoyun oğluna aid bir araba ilə Moskvadakı xaostan qaçıb canlarını qurtarmışdılar. Parisdə- atasının tələbələrinin tez-tez gedib gəldiyi bir  malikanədə böyüyüb boya başa çatmışdı.  Xan qərblilər kimi geyinib-keçinərdi. Sarbona Universitetini bitidikdən sonra uşaq nağıllarından ibarət  bir kitab cap etdirdi. Bütün bunlara 25 yaşına çatmazdan əvvəl nail olmuşdu.

1940-cı ilin may ayında almanlar Parisi işğal etdilər. Xan anası, qardaşı və bacısı ilə Bordodan İngiltərəyə qaçdılar. Hamı kimi onlar da son gəmini gözləyən sərnişinlər idilər. 1942-ci ildə Parisdə İngiltərə Xüsusi  Təyinatlılarının rabitəçisi vəzifəsinə təyin edilir.  Bu vəzifə o zaman İXT-nın  işçiləri arasında ən təhlükəli vəzifə idi.  Çünki  işğalçı tərəfin rabitəçiləri gələn siqnalları tez bir zamanda tutmaqda mütəxəssis idilər.  Parisdə bir rabitəçinin ən çox yaşadığı müddət altı həftə olmuşdur.

Xanın vəzifəsi 1943-cü ilə qədər, yəni iyun ayında həbs edilib oktyabr ayında gestapoya təhvil verilənə qədər davam edir.

Qeyri-adi həyat tərzi sürən Xan  1944-cü ildə Almaniyanın Dachau əsir düşərgəsində öldürülür.  Onun həyat tərzi PBS film festifalının müzakirə obyekti olmuşdur.  Xanın  hekayəsini araşdırarkən müttəfiqlərin mübarizəsinə cəsurca xidmət edən və bəzən də özünü qurban edən çox sayda müsəlman qarşıma çıxdı.  Tarix onların  qəhrəmanlıq nümunələri və nasistləri məğlub etmək üçün göstərdikləri  cəsur qərarlarla doludur.
Hələ o vaxt Parisdə səfir vəzifəsində işləyən Behiç Erkin minlərlə yəhudiyə vətəndaşlıq və şəxsiyyət vəsiqəsi verdi. Habelə Avropada dəmiryol vasitəsi ilə onların təxliyə edilməsinə imkan yaratdı. Marseldə Türk konsul Necdet Kent 80 türk yəhudinin Almaniyaya təhvil verilməsnin qarşısını almış, onların  Fransaya sağ-salamat qayıtmalarını təmin etmişdir.

Parisdəki İran konsulluğunun rəsmisi Əbdül Hüseyin Sərdari minlərlə yəhudinin nasist əsarətindən  qaçmasına kömək etmişdir. Daha sonra o, almanları inadırmışdır ki,  iranlılar Ari irqinin nümayəndələridir.  Kirdən bəri İrandan yaşayan yəhudilərin iranlı olduğunu almanlara sübut edən Hüseyin, onların zülmə məruz qalmalarının qarşısını almışdır. Bundan əlavə iranlı olmayan yüzlərlə yəhudiyə İranın şəxsiyyət vəsiqələrini vermişdir.

Parisdən kənarda yerləşən Müsəlman –Fransız  Xəstəxanasında işləyən tunisli Əhməd Somaia gizli silah yerlərini təyin edib, radio yayınlarını asanlaşdırdı. Yaralı müqavimət əsgərlərini müayinə etdirib, bir çox ABŞ və İngilis pilotuna Gestapo və Fransız jandarmalarının getməyə çəkindiyi saxta  palatalarda yerlər verdi.Tarixin yaddaşlara həkk etdirdiyi ən böyük könüllü ordularda buddistlər və hindularla yanaşı müsəlmanlar da iştirak etdilər. Müharibə zamanı Baş nazir Ruzveltə yazılan bir məktubda Çörçil müsəlmanların dəstəyinə diqqət çəkmişdir.  1944-45 illərdə Afrikanın Fransız ordusu  Qallın Azad Fransa Qüvvələrinə qoşuldu. Sayı 260.000 nəfərə çatan ordunun 50%-i Şimali Afrikalı və əksəriyyəti də müsəlman idi. Bu qüvvələr İtaliyanı aldı  və Cənubi Fransanın azadlığında müstəsna xidmətləri oldu.  Amerikalı tarixçi Juan Cole qeyd edir ki, tünd rəngli afrikalılarla vuruşmaq bir çox alman əsgərini qorxutmuşdur.

Şərqi Avropadan isə daha çox nümunə göstərmək olar. Məsələn, Balkanlarda  II Dünya Müharbəsindən qabaq Albaniyada sadəcə 200 nəfər yəhudi yaşayırdı. Ancaq müharibədən sonra ölkədə 2000 yəhudi var idi. Onlar Yunanıstana, Avstrayaya  və Avropaya – müsəlmanların  çoxluq təşkil etdiyi və özlərinin  qorunub , himayə ediləcəkləri  yerlərə qaçdılar.

Tarix  kitablarında gizlənən bu hekayələri üzə çıxarmaq bundan sonra rejissorların işidir.  Xanın və digərlərinin hekayələri indiki müasir Mərkəzi Avropa tarixi ilə ziddiyyət təşkil edir. Ərəb, Türk, İran ya da İsrail tərəfi özünə xas səbəblərlə müsəlman-yəhudi əməkdaşlığı haqqındakı hekayələri tarixin  dərinliklərinə basdırmaq istəyir. Ancaq bu hekayələr xatırlanmalı və bununla fəxr edilməlidir. Nur İnayat Xanın hekayəsi ilə bunu bacardığımızı düşünürəm.

*Michael Wolfe şeir, drama, səyahət və tarix sahəsində əsərlər qələmə alan müsəlman yazıçıdır.  1993-cü ildə Məkkəyə səfəri zamanı qələmə aldığı “Həcc” əsəri Grove Press nəşrləri arasında çıxdı. Wolf Amerikada meydana gələn “11 Sentyabr” hadisəsinə  müsəlman  yazıçılarının cavablarını bir kitab halında toplayaraq 2003-cü ildə “Wilbür” mükafatını almışdır.

/timeturk/

Tərcümə etdi: Dilavər Məmmədov

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.